Nəbiyeva Fatmaxanım Xalid qızı (2 may 1958, Yuxarı Ləki, Ağdaş rayonu) - AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent
Fatmaxanım Nəbiyeva | |
---|---|
Nəbiyeva Fatmaxanım Xalid qızı | |
Doğum tarixi | 2 may 1958(1958-05-02) (67 yaş) |
Doğum yeri | |
Elm sahələri | biologiya, coğrafiya |
Elmi dərəcəsi | Biologiya üzrə elmlər doktoru |
İş yeri | |
Təhsili |
1958-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakultəsini qırmızı diplomla bitirmişdir.
1979-cu ildə ADPİ-nun coğrafiya-biologiya fakultəsini qırmızı diplomla bitirmiş, 1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir. 1986-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1992-ci ildə “Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi” mövzusunda dissertasiya işini akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə müdafiə edərək, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır [1]. 1985-ci ildən elmi institutda çalışır. Elmi stajı 32 ildir. Elmi fəaliyyəti dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 1985-2002-ci illərdə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun “Səhralaşma və torpaqların mühafizəsi” laboratoriyasında, 2002-2004-cü illərdə Botanika İnstitutunun “Geobotanika” şöbəsində, 2004-2008-ci illərdə Genetik Ehtiyatlar İnstitutunun “Bioekologiya” laboratoriyasında işləmiş və 2008-ci ildən AMEA Naxçıvan Bölməsinin “Bitki sistematikası” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Laboratoriya işlərində, layihələrin hazırlanmasında, ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Herbari materiallarının toplanmasında, öyrənilməsində, sistemə salınmasında, qorunub saxlanmasında, “Herbari Fondu”nun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparır. 23 iyun 2017-ci il tarixdə 2417.01- Botanika ixtisası üzrə “Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə səhralaşma prosesi və onun flora biomüxtəlifliyinə təsiri” mövzusunda doktorluq (biоlоgiya üzrə elmlər dоktоru elmi dərəcəsi almaq üçün) dissertasiya işini uğurla müdafiə etmişdir. Nəbiyeva Fatmaxanım Xalid qızı 180-dən çox elmi əsərin (monoqrafiya, kitab, məqalə və tezis) müəllifidir. Əsərləri Rusiya Federasiyasında, Türkiyə, Orta Asiya, Qazaxıstan, Avstriyada, Çexiya respublikasında, Polşada, Rumıniyada, Bolqarıstanda, Hindistanda və ABŞ-da dərc edilmişdir.
Çoxillik floristik, geobotaniki tədqiqat işləri zamanı yeni aşkar etdiyi 3 fəsilə, 9 cins, 13 növ Azərbaycan, Naxçıvan MR və Qafqaz floralarını zənginləşdirmişdir. Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə 9 təbii ekosistem və onların bitkiliyi üçün 9 tip, 23 sinif formasiya, 13 qrup formasiya, 6 yarımqrup formasiya, 248 formasiya, 2500-ə yaxın assosiasiya və mikroqruplaşma müəyyən edilmişdir. İlk dəfə olaraq ərazidə lаndşаftоgеnеzin düzgün idаrə оlunmаsı zəruriliyini nəzərə аlаrаq, onun idаrə оlunmаsının mоtivləşdirilməsi üçün 8 bənddən, 13 yаrımbənddən ibаrət məlumаlаrın toplanmаsı və işlənməsi modeli hаzırlаnmışdır. Aparlmış çoxillik tədqiqatların nəticələri əsasında Kür-Araz ovalığında, Arazboyu düzənliklərdə inkişaf etmiş, hazırda genişlənməkdə davam edən səhralaşmanın qarşısının alınması və ya təsirinin azaldılması üçün səhralaşmanın arealının xəritə-sxemi və səhralaşmaya qarşı mübarizə kartoqramları tərtib edilmişdir [2].
1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir.