. Love.az

Fazil Necefov - Wikipedia - Love.az

Ana Səhifə - Fazil Necefov

Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri.[1]

Fazil Nəcəfov
Doğum tarixi 16 fevral 1935(1935-02-16)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 11 iyul 2023(2023-07-11) (88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Buzovna
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1950–1955),
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d] (1955–1961)
Stil avanqard
Tanınmış işi
  • Qara Qarayevin heykəli
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20022002 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
"Şöhrət" ordeni — 20202020

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib.[2]

Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.[3]

Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var.

2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır.[4]

Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir.[5]

2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.[6]

Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür.[7] 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[8]

Fazil Nəcəfov 2023-cü il iyulun 11-də, 88 yaşında vəfat edib.[9]

Filmoqrafiya

redaktə
  • Üfüqü ötənlər (film, 2011)

İstinadlar

redaktə
  1. ↑ "Каракмазли Д. "В камне я слышу долгое молчание". 2009 год". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.
  2. ↑ Nəcəfov, F. "Yaxşı sənətkar hər yerdə özünü sübut edəcək": [Xalq rəssamı, heykəltaraş Fazil Nəcəfovla müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2015.- 15 may.- S.13.
  3. ↑ Lalə Azəri. "Yaxşı sənətkar hər yerdə özünü sübut edəcək". anl.az. Mədəniyyət. 15 may 2015. 19 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.
  4. ↑ "Памятник Кара Караеву — памятник, который стал украшением Баку". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  5. ↑ "Əfəndizadə R. Bakıda Qara Qarayevin heykəli. 2014 il". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  6. ↑ "Xalq rəssamı Fazil Nəcəfov haqqında film çəkilib". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  7. ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 30 may 2002. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  8. ↑ "F.İ.Nəcəfovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 15 fevral 2020. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  9. ↑ "Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfov vəfat edib". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2023-07-12. İstifadə tarixi: 2023-07-12.[ölü keçid]

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fazil_Nəcəfov&oldid=7250829"
LOVE.AZ