Feminizmin dördüncü dalğası (ing. Fourth-wave feminism) — təxminən 2012-ci ildə başlamış və qadınların gücləndirilməsinə, internet alətlərindən istifadəyə və interseksionallığa diqqət yetirən feminist hərəkatı.[1] Bu dalğa, cinsiyyətlə bağlı normalara və cəmiyyətdə qadınların marjinallaşdırılmasına qarşı çıxaraq daha böyük gender bərabərliyinə nail olmağa çalışır. Dördüncü dalğa feminizm əsasən cinsi istismar, cinsi təcavüz, cinsi zorakılıq, qadınların obyektləşdirilməsi və iş yerində seksizm mövzularına yönəlmişdir. İnternet aktivizmi bu dalğanın əsas xüsusiyyətlərindən biridir və bu problemlərin daha geniş yayılması üçün istifadə olunur.[2]
Hərəkat cinsindən asılı olmayaraq bərabər gəlir əldə edilməsini tələb edir və ənənəvi gender rollarını tənqid edərək onların məhdudlaşdırıcı olduğunu bildirir. Həmçinin cinsi zorakılıq, obyektləşdirilmə, təcavüz və gender əsaslı zorakılığa qarşı çıxır.[3]
Bəzi tədqiqatçılar bu hərəkatı post-feminizmə qarşı bir reaksiya kimi qiymətləndirirlər. Post-feminizm, qadınlarla kişilər arasında artıq bərabərliyin əldə edildiyini iddia edir. Dördüncü dalğa feminizm isə ikinci dalğa feminizmdən bəzi ideyaları yenidən gündəmə gətirmişdir.[4]Marta Rempton yazır ki, bu dalğa "cinsi istismarı, zorlamanı, qadınlara qarşı zorakılığı, qeyri-bərabər maaşı, qadınların müəyyən və qeyri-realist bədən tipinə uyğunlaşmaq üçün gördüyü təzyiqləri" tənqid edir və "siyasət və biznesdə qadın təmsilçiliyinin artmasını müdafiə edir".[5]
Bəzi feministlər iddia edirlər ki, 1980-ci illərdə Marqaret Tetçer və Ronald Reyqan kimi mühafizəkar siyasi fiqurlar feministlərin o vaxta qədər əldə etdiyi uğurlara qarşı çıxmışdır. Bununla yanaşı, Şimali Amerika, Latın Amerikası və Avropada feministlər müəyyən məqsədlərinə nail ola bilmişdilər, məsələn:[6]
Avropada və Latın Amerikasında üçüncü dalğa feminizm 1990-cı illərdə başladı. Bu dövrdə:[7]
Dördüncü dalğa feminizm isə müxtəlif ölkələrdə media və internet vasitəsilə yavaş-yavaş formalaşdı.[8][9][10][11] Bu hərəkat, əsasən orta məktəblərdə, institutlarda və universitetlərdə feminist dalğalar haqqında kifayət qədər məlumat almamış yeni bir qadın nəsli tərəfindən formalaşdı. Feminist biliklər qeyri-rəsmi yollarla öyrənildi və feministlərin virtual akademiyası yarandı.[12] Burada feministlər "şəxsi olan siyasidir" prinsipini mənimsədilər. Əvvəlki dalğalar kimi, dördüncü dalğa da vahid bir ideologiya, qurum və ya kollektivdən ibarət deyildi.[13] Əsas məqsədi qadınlara qarşı zorakılığın qarşısını almaq, onların öz yollarını seçməkdə azad olmalarını təmin etmək, qadınlara qarşı qarşılıqlı dəstək və öhdəlik hissini gücləndirmək idi.[14]
İspaniyada dördüncü dalğa feminizm Ana Orantes adlı qadının öldürülməsindən sonra geniş vüsət almışdır.[15] 17 dekabr 1997-ci ildə, Orantesin həyat yoldaşı onu öz evində yandıraraq öldürdü. Buna səbəb, Orantesin Canal Sur telekanalında ərinin ona qarşı zorakılığından açıq şəkildə danışması idi. Bu hadisə İspaniyada məişət zorakılığına dair geniş müzakirələrə yol açdı.[16] RTVE (İspaniyanın dövlət telekanalı) öz siyasətini dəyişdi və gender əsaslı zorakılığa dair xəbərlərin yayımına yeni qaydalar tətbiq etdi. Digər televiziya kanalları və media qurumlarında da oxşar müzakirələr aparıldı. Məişət zorakılığı ilə bağlı zarafatlar artıq İspan televiziyalarında qəbul edilməz hala gəldi.[17][18] İspaniyadakı dördüncü dalğa feministləri ilk dövrlərdə El Mundo, El País və infoLibre kimi qəzetlərdə çalışırdılar. Jurnalistlər mediadan istifadə edərək əsasən seksist zorakılıq və onun mediada təsviri mövzusunda müzakirələr aparırdılar.[19][20] Sonralar isə diqqətlərini İspaniyada qadınların kişilərlə eyni maaşı ala bilməməsi və feminist aktivizmin virtual platformalara daşınması məsələlərinə yönəltdilər.[21]