. Love.az

Ferdinand Fos - Wikipedia - Love.az

Ana Səhifə - Ferdinand Fos

Ferdinand Foş (fr. Ferdinand Foch; 2 oktyabr 1851[1][2][…] – 20 mart 1929[3][1][…], Paris[3]) — Fransa hərbi xadimi, marşal (1918). Fransa Akademiyasının üzvü (1918).

Ferdinand Foş
fr. Ferdinand Foch
Şəxsi məlumatlar
Doğum adı Ferdinand Jean Marie Foch
Doğum tarixi 2 oktyabr 1851(1851-10-02)[1][2][…]
Vəfat tarixi 20 mart 1929(1929-03-20)[3][1][…] (77 yaşında)
Vəfat yeri
  • Paris, Paris[3]
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Sent-Lüis-des-İnvalides katedralı[d]
Vətəndaşlığı
  •  Fransa[4]
Təhsili
  • Fransa Politexnik Məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Fransa
Qoşun növü Fransa Silahlı Qüvvələri
Xidmət illəri 1870-ci ildən
Rütbəsi feldmarşal[d]
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Fransa-Prussiya müharibəsi,
  • Rusiya vətəndaş müharibəsinə müttəfiqlərin müdaxiləsi
Təltifləri Distinguished Service Order (Birləşmiş Krallıq) Akademik palma ordeni zabiti (Fransa) Cross of the Order of Lāčplēšis, 3rd class "Görkəmli xidmətə görə" medalı (Amerika Birləşmiş Ştatları) II dərəcəli Müqəddəs Georgi ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) Hərbi medal (Fransa) 1914–1918 hərbi xaçı (Fransa) Honorary member of the Order of Merit — 1918 "Fəxri legion" ordeninin Böyük xaçı (Fransa) Knight Grand Cross of the Order of the Bath (Birləşmiş Krallıq) Azadlıq Xaçı (Estoniya) Grand Cordon of the Order of Leopold (Belçika) Dannebroq ordeni (Danimarka) "Ağ qartal" ordeni (Reç Pospolita) — 1923 Cross of Valour (Polşa) Grand Cross of the Order of Military Virtue (Polşa) — 1923 Grand Cross of the Order of Military Virtue (Polşa) Silver Cross of the Virtuti Militari (Polşa) — 1921 "Xilaskar" ordeni (Yunanıstan) Grand Cross of the Military Order of the Tower and Sword (Portuqaliya) Order of Rama (Rattanakosin Kingdom) Grand Cross of the Order of Wissam El Alaouite (Mərakeş) "Ağ şir" ordeni (Çexoslovakiya)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Əsərləri
    • 3.1 Rus dilinə tərcümədə
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Ferdinand Foş 1851-ci il, 2 oktyabr tarixində Yuxarı Piriney departamentinin Tarb şəhərində məmur ailəsində anadan olub. O Tarbda məktəbə getmiş və Sent Etyen şəhərindəki yezuit kollecində təhsil almışdır. 1870-ci ildə piyada alaya çağırılmışdır. Fransa-Prussiya müharibəsindən sonra Foş hərbi karyerasını davam etdirmək qərarına gəlir. 1871-ci ildə Ali Poltexnik məktəbinə qəbul olur. Foş təhsilini başa vurmamış orduda kiçik zabitlərin çatışmazlığına görə artıq 1873-cü ildə 24-cü artilleriya alayında leytenant rütbəsi alır. 1887-ci ildə Ali Hərbi Akademiyanı bitirmiş, 1895–1900-cü illərdə akademiyanın professoru və 1908–1911-ci illərdə isə rəisi olmuşdur. Birinci dünya müharibəsində (1914–1918) Baş qərargah rəisi, 1918-ci ilin aprelindən müttəfiq qoşunlarının ali baş komandanı təyin edilmişdir. 1920-ci ilin yanvarında Paris sülh konfransı (1919–1920) Ali Şurasının iclaslarında Cənubi Qafqaz respublikaları problemlərinin müzakirəsində iştirak etmişdir. Antantanın Ali Hərbi Şurasının sədri olan Foş məruzə ilə çıxış edərək Qafqaza bir neçə diviziya göndərməyi zəruri saymışdı. O, hesab edirdi ki, yalnız hərbi qüvvə göndərməklə Qafqazı bolşevik işğalı təhlükəsindən xilas etmək olar.[5]

Ailəsi

redaktə

Yeganə oğlu leytenant German Foş və kürəkəni kapitan Bekur Maas döyüşündə, 1914-cü ildə həlak olmuşdu.

Əsərləri

redaktə
  1. Les principes de la guerre (1903)
  2. La conduite de la guerre (1904)

Rus dilinə tərcümədə

redaktə
  1. О ведении войны / пер. с франц., 2 изд. Москва, 1937;
  2. Воспоминания (Война 1914–1918 гг.), пер. с франц. Москва, 1939.

Həmçinin bax

redaktə
  1. Fransa–Prussiya müharibəsi
  2. Birinci Dünya müharibəsi

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Ferdinand Foch // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. ↑ 1 2 3 4 Фош Фердинанд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ 1 2 LIBRIS. İsveç Milli Kitabxanası, 2018.
  5. ↑ "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s.379" (PDF). 2015-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-10.

Xarici keçidlər

redaktə

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, 440 s.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ferdinand_Foş&oldid=7907630"
LOVE.AZ