Ferdinand Karlo Qonzaqa (it. Ferdinando Carlo di Gonzaga; 31 avqust 1652[1] – 5 iyul 1708[2], Padova) — X və sonuncu Mantuya hersoqu.
Ferdinand Karlo Qonzaqa | |
---|---|
![]() | |
14 avqust 1665 – 30 iyun 1708 | |
Əvvəlki | II Karl Qonzaqa |
Sonrakı | VI Karl (Mantuya) II Viktor Amadey (Monferrat) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 avqust 1652(1652-08-31)[1] |
Vəfat tarixi | 5 iyul 1708(1708-07-05)[2] (55 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | II Karl Qonzaqa (Mantuya hersoqu)[3] |
![]() |
1652-ci ildə dünyaya gəldi. Atası Mantuya hersoqu II Karl Qonzaqa, anası isə Avstriya hersoqu V Leopoldun qızı İzabella Klaradır. Atasının 1665-ci ildə vəfatının ardından taxta çıxarıldı. Ancaq onun səltənəti dövlət işlərindən çox, məşuqələri və xeyriyyə işləriylə keçdi.
İlk evliliyi 1671-ci ildə uzaq qohumu İzabella Qonzaqa ilə baş tutdu. İkinci evliliyi isə 8 noyabr 1704-cü ildə Milanda Fransa kralı IV Henrinin nəticəsi Suzanna Henretta ilə baş tutdu. Ancaq heç bir evliliyindən övlad sahibi ola bilmədi.
İspaniya vərasət müharibəsində fransızları dəstəklədi. Bu səbəblə Mantuya işğal edildiyi əsnada xanımını kral naibəsi elan edərək Monferrata qaçdı. Ancaq bu vəziyyət çox çəkmədi. Müqəddəs Roma imperatoru I İosif tərəfindən 1708-ci ildə bütün mal-mülkü əlindən alındı. Mantuya hersoqluğu Müqəddəs Roma imperiyasına ilhaq edildi. Monferrat taxt-tacı isə Sardiniya krallığına birləşdirildi.
Ancaq Ferdinand Karlo bu qərarın alınmasından 5 gün sonra, ehtimal ki, bu qərardan xəbərsiz, Paduada vəfat etdi. Beləliklə, Qonzaqa ailəsinin Mantuya və Monferratdakı 400 illik hakimiyyətinə son qoyuldu.