. Love.az

Ferents Puskas - Wikipedia - Love.az

Ana Səhifə - Ferents Puskas

Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad[9] idi; 1 aprel 1927[1][2], Budapeşt[7] – 17 noyabr 2006[3][4][…], Budapeşt) ― Macar futbolçu və məşqçi.

Ferents Puşkaş
mac. Puskás Ferenc
Ümumi məlumatlar
Ləqəbi Öcsi[6]
Doğum tarixi 1 aprel 1927(1927-04-01)[1][2]
Doğum yeri
  • Budapeşt, Macarıstan krallığı[7]
Vəfat tarixi 17 noyabr 2006(2006-11-17)[3][4][…] (79 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan
Dəfn yeri
  • Müqəddəs Stefan bazilikası[8]
Vətəndaşlığı
  •  Macarıstan
  •  İspaniya
Boyu 172 sm
Çəkisi 72 kq
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1937—1943 Kişpeşt
Klub karyerası[* 1]
1943—1956 Honved[5] 354 (357)
1958—1966 Real Madrid 180 (155)
1942—1967 Cəmi 537 (516)
Milli yığma[* 2]
1945—1956 Macarıstan Macarıstan 85 (84)
1961—1962 İspaniya İspaniya 4 (0)
Məşqçisi olduğu klublar
1967 Erkules
1967 San-Fransisko Qolden Get Geyls[ing.]
1968 Vankuver Royals[ing.]
1968—1969 Alaves
1970—1974 Panatinaykos
1975 Real Mursiya
1975—1976 Kolo-Kolo
1976—1977 Səudiyyə Ərəbistanı
1978—1979 AEK Afina
1979—1982 Əl-Misri
1985—1986 Sol de Amerika
1986—1989 Serro Portenyo
1989—1992 Saut Melburn Ellas[ing.]
1993 Macarıstan
Təltif və medalları
Olimpiya Oyunları
Qızıl 1952 Helsinki
1954 İsveçrə
Qızıl 1952 Helsinki

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur.[10] Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi.[11][12][13] Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir.[14]

Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır. Dörd dəfə Macarıstan Liqasının bombardiri və 1948-ci ildə Avropanın ən yaxşı bombardiri olmuşdur. 1950-ci illərdə, "Qüdrətli macarlar" kimi tanınan Macarıstan millisinin həm görkəmli üzvü həm də kapitanı idi. Macar inqilabından iki il sonra 1958-ci ildə İspaniyaya mühacirət etdi və burada "Real Madrid"də oynamağa başladı. "Real Madrid" ilə Puşkaş dörd "Piçiçi" mükafatı qazandı və Çempionlar Kubokunun 2 finalında oynayaraq yeddi qol vurdu.

Futbolçu karyerasını bitirdikdən sonra o, məşqçilik etməyə başladı. Məşqçi karyerasının ən diqqət çəkən məqamı 1971-ci ildə "Panatinaykos"u Çempionlar Kubokunun finalına çıxarması oldu, hansında ki yunan təmsilçisi "Ayaks"a 2:0 hesabı ilə məğlub olmuşdur. 1993-cü ildə Macarıstana qayıtdı və müvəqqəti olaraq Macarıstan milli komandasına başçılıq etdi.[15] 1998-ci ildə ilk FIFA/SOS Xeyriyyə səfirlərindən biri oldu.[16] 2002-ci ildə Budapeştdəki "Nepştadion" stadionu onun adını daşımağa başladı.[17] Həmçinin o, 2003-cü ilin noyabrında UEFA Yubiley Mükafatları tədbirində Macarıstan Futbol Federasiyası tərəfindən son 50 ilin ən yaxşı macar oyunçusu elan edildi.[18] 2009-cu ilin oktyabrında FIFA il ərzində "ən baxımlı qol" vuran oyunçuya təqdim olunan FIFA Puskaş mükafatını təsis etdi. Bundan başqa, Pele onu FİFA 100 siyahısına əlavə etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 https://scottishfootballmuseum.org.uk/ferenc-puskas-nobodys-fool/.
  2. ↑ 1 2 https://web.archive.org/web/20070714170916/http://www.nsport.hu/cikk.php?cikk=127775.
  3. ↑ 1 2 http://www.nytimes.com/2006/11/18/sports/soccer/18puskas.html.
  4. ↑ 1 2 Augustyn A. Ferenc Puskas // Encyclopædia Britannica (ing.).
  5. ↑ 1949-cu ilə qədər klub "Kişpeşt" adlanırdı.
  6. ↑ Olympedia (ing.). 2006.
  7. ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  8. ↑ https://adt.arcanum.com/hu/view/Sportkonyvek_450/?pg=30&layout=s.
  9. ↑ "Puskás születésnapja". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-15.
  10. ↑ "BRITANNICA : Ferenc Puskas". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  11. ↑ "FIFA President: FIFA to help the Galloping Major". FIFA. 12 October 2005. 1 January 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 November 2006.
  12. ↑ "Coronel Puskas, el zurdo de oro". AS (ispan). 17 November 2006. 24 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2006.
  13. ↑ Mackay, Duncan. "Lineker tees up another nice little earner". The Guardian. London. 13 October 2005. 22 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2006.
  14. ↑ "Prolific Scorers Data". Rec.Sport.Soccer Statistics Foundation. 14 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  15. ↑ "Obituary:Ferenc Puskas". The Scotsman. 20 November 2003. 16 October 2007 tarixində orijinalından arxivləşdirilib.
  16. ↑ "SOS Children mourns Ferenc Puskas". soschildrensvillages.org.uk. SOS Children's Villages. 17 noyabr 2006. 10 fevral 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2006.
  17. ↑ Bell, Jack. "Ferenc Puskas, 79, International Soccer Star, Dies". The New York Times. 18 November 2006. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2008.
  18. ↑ "Golden Players take centre stage". UEFA. 29 November 2003. 17 March 2005 tarixində orijinalından arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ferents_Puşkaş&oldid=7720084"
LOVE.AZ