Fertillik üçün problem yarada bilən xərçəng müalicələrinə aşağıdakilar daxildir:
Siz xərçəng müalicəsi başlamaqdan əvvəl həkiminizə gələcək planlarınızı bildirməlisiz! Bəzi hallarda, fertilliyə daha az zərər vuran müalicə mövcud ola bilər.
Fertilliyi qorumaqda kömək edə bilən müxtəlif metodlar mövcuddur (Sxem 1)[2]
Yetkin qadınlar üçün daha geniş seçim mövcuddur. Bunlardan:
Radioterapiya zamanı, yumurtalıqların və uşaqlığın bədən xaricindən geyinilən xüsusi qalxan ilə qorunmasıda mümkün ola bilən üsuldur. Çanaq nahiyəsində radioterapiya müalicəsi planlaşdırılan xəstələrdə, yumurtalıqların radioterapiyadan əvvəl, cərrahi üsulla, çanaqdan uzaqlaşdırılması (transpozisiya) istifadə oluna bilər.
Xərçəngin müalicəsi ilə əlagədar yarana biləcək sonsuzluqdan qorunmaq üçün, ən sadə yanaşma, təbii ki, farmakoloji müdaxilə ola bilərdi, fəqət bu gün üçün isbat edilmiş, güclü elmi sübutu olan dərman müalicəsi mövcud deyil. Gələcəkdə, kimyaterapiyanın yumurtalığa zərərinə cavabdeh olan mexanizmlərin tapılması ilə, farmakoloji müdafiə üsulları da inkişaf edə bilər.
Fertilliyi qorumaq üçün ən yaxşı metod xərçəng növündən, müalicə planından, yaş və fərdi vəziyyətinizdən asılıdır. (Müxtəlif seçimlər haqqında həkiminizlə məsləhətləşmək vacibdir!)
Hamilə qalmaq mümkün olmadıqda, alternativ seçimlər var:
Cinsi yetkin olan və olmayan qadınlar üçün fertilliyi qorumaqda kömək edə bilən metodlar.