Fikrət Ələkbərov (18 fevral 1946, Bakı) — rəssam, aktyor, rəssam assistenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2008).[1]
Fikrət Ələkbərov | |
---|---|
Fikrət Ağa Zeynal oğlu Ələkbərov | |
Doğum tarixi | 18 fevral 1946(1946-02-18) (79 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, rəssam, dekor rəssamı |
Təhsili | |
Mükafatları |
![]() |
18 fevral 1946-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur.[2] 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun rəssamlıq fakültəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə filmdə quruluşçu rəssam, həm də geyim üzrə rəssam olmuşdur.
2008-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Kinooperator Ağa Zeynal Ələkbərovun oğludur.