. Love.az

Fikret Eliyev Rejissor - Wikipedia - Love.az

Ana Səhifə - Fikret Eliyev Rejissor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Fikrət Əliyev.

Fikrət Əliyev (12 dekabr 1939, Bakı – 8 mart 2016, Bakı) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, ikinci rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi.

Fikrət Əliyev
Doğum tarixi 12 dekabr 1939(1939-12-12)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 mart 2016(2016-03-08) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Uşağı Rəşad Əliyev
Fəaliyyəti aktyor, kinorejissor, rejissor, ssenarist
Fəaliyyət illəri 1966–2014
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
IMDb ID0019593

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Xatirəsi
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Mənbə

Həyatı

redaktə

Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub.[1] 1966-cı ildə M. A. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu"[2], "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.[3]

Ailəsi

redaktə

Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir[4].

Xatirəsi

redaktə
  • 2019-cu ildə F.Əliyevin xatirəsinə rejissor Babək Abbaszadə tərəfindən "Məni izləyən müəmma" filmi çəkilmişdir.[5][6]
  • 2024-cü ildə Azərbaycan Dövlət Film Fondunda Fikrət Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.[7]

Filmoqrafiya

redaktə
  1. İnsan məskən salır (film, 1967)
  2. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  3. Uşaqlığın son gecəsi (film, 1968)
  4. Dəli Kür (film, 1969)
  5. Gün keçdi (film, 1971)
  6. İki dəfə iki (film, 1973)
  7. Telefon sərgüzəştləri (film, 1973)
  8. Tikilir, amma... (film, 1973)
  9. Baladadaşın ilk məhəbbəti (film, 1974)[8]
  10. Ömrün səhifələri (film, 1974)
  11. Ürək... Ürək... (film, 1976)
  12. Akt və fakt (film, 1978)
  13. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  14. Qızıl uçurum (film, 1980)
  15. Ay alan! (film, 1981)
  16. Əldən qalan... (film, 1981)
  17. Azərbaycanda qoyunçuluq (film, 1982)
  18. Toxunma, partlayar! (film, 1982)
  19. Bişmiş toyuğun gülməyi... (film, 1983)
  20. Xüsusi buraxılış (film, 1983)
  21. Möhürlü yalan (film, 1983)
  22. Qoca palıdın nağılı (film, 1984)
  23. Su axır, gözüm baxır (film, 1985)
  24. Quraqlıq (film, 1985)
  25. İşarəni dənizdən gözləyin (film, 1986)
  26. Nəticə (film, 1986) (III)
  27. Nəticə (film, 1986) (IV)
  28. Yuxu (film, 2001)
  29. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  30. Ölüm növbəsi (film, 2009)
  31. Axırıncı dayanacaq (film, 2014)

İstinadlar

redaktə
  1. ↑ "Tanınmış rejissor xəstəxanaya yerləşdirildi". 2015-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
  2. ↑ Nadir Bədəlov. "Bizim kino". Fikrət Əliyevin "Yuxu" filmi haqqında. 16.04.2016 [ölü keçid]
  3. ↑ "Oğlunu itirən tanınmış rejissor dünyasını dəyişdi". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.
  4. ↑ "İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı". 2016-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-26.
  5. ↑ Kaspi. "Fikrət Əliyevin 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib" (az.). Kaspi.az. 17.12.2019. 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  6. ↑ "Mədəniyyət" qəzeti. "Kinorejissor Fikrət Əliyevin xatirə gecəsi" (az.). AzərTAc. 29.12.2024. İstifadə tarixi: 2024-12-29.
  7. ↑ AzərTAc. "Tanınmış kinorejissor Fikrət Əliyevin xatirə gecəsi keçirilib" (az.). AzərTAc. 27.12.2024. 2024-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  8. ↑ Mürvətqızı, S. "Sənə olan eşqimi sənə də alçaltmaram…": [kinorejissor Fikrət Əliyevə məxsus "Baladadaşın ilk məhəbbəti" adlı filmi haqqında] //525-ci qəzet.- 2014.- 9 avqust.- S.14–15.

Mənbə

redaktə
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fikrət_Əliyev_(rejissor)&oldid=8123039"
LOVE.AZ