. Love.az

Fikret Kengerli - Wikipedia - Love.az

Ana Səhifə - Fikret Kengerli
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi

Fikrət Kəngərli
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1929(1929-10-04)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 14 sentyabr 1992(1992-09-14) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1958–)
Təhsili
  • Azərbaycan Texniki Universiteti,
  • Gürcüstan Texniki Universiteti
Fəaliyyəti mühəndis

Həyatı

redaktə

Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi.

Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı.

Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fikrət_Kəngərli&oldid=6906558"
LOVE.AZ