Fikrət Türkmən (türk. Fikret Türkmen; 3 dekabr 1945, Abdilli[d], Yozqat ili) – Türkiyə ədəbiyyatşünası, türk xalqları ədəbiyyatı üzrə araşdırıcı, professor. 1992-ci ildə yaradılan Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun qurucu direktoru[1].
Fikrət Türkmən | |
---|---|
Doğum tarixi | 3 dekabr 1945(1945-12-03) (79 yaş) |
Doğum yeri |
|
Elmi dərəcələri | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
Fikrət Türkmən 3 dekabr 1945-ci ildə Yozğadın Boğazlıyan qəzasının Abdilli kəndində əkinçiliklə məşğul olan ailədə doğulmuşdur.[2] Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir (1963-1967). Universiteti bitirdikdən sonra Konyada bir liseydə müəllim işləmişdir. Qısa müddət müəllim işlədiyi bu məktəbdə tanış olduğu ədəbiyyat müəllimi Fidanla evlənmişdir. İdil adlı bir qızı və Orkun adlı bir oğlu var[2].
Türk Kültürünü Araşdırma İnstitutunun, Türk Dil Qurumu Elmi Komitəsinin və İLESAM-ın (türk. İlim ve Edebiyat Eserleri Sahibleri Meslek Birliği) üzvüdür[3].
ABŞ-nin İndiana Universiteti nəzdində fəaliyyət göstərən PIAC-ın (ing. Permanent International Altaistic Conference), ABŞ və Kanadadakı Türk Araşdırmaları Birliyinin (ing. Turkish Studies Association) və Fransada ESCAS-ın [5](ing. European Seminar on Central Asian Studie) daimi üzvüdür[6].
Türkiyədə və xaricdə bir çox beynəlxalq konfranslarda iştirak etmiş və təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. İtaliya Venesiya Universitetində 1974-cü ildə Türkiyədə çap olunan "Aşıq Garib" dastanına həsr olunmuş kitabı qısaldılaraq italyanca nəşr olunmuşdur.
Hazırda TDK tərəfindən nəşr olunan "Türk dili və ədəbiyyatı" dərgisinin Redaksiya Heyətinin sədridir. Bundan əlavə, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunda "Türk Dünyası İncelemeleri Dergisi"nin nəşr etdirir. İzmir Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunda Fikrət Türkmən Kitabxanası yaradılmışdır.