Filistinlilər[1] (q.yəh. פלישתים pliştim, yun. φιλισταίοι) — e.ə. XII əsrdən Kənanın sahilyanı hissəsində məskunlaşmış qədim xalq. Onlar Əhdi-ətiqdə, eləcə də Assuriya və Misir mənbələrində dəfələrlə xatırlanır. Yaxın Şərqdə yalnız filistinlilər və hetlər dəmir əritmə texnologiyasına sahib idilər və bu, Dəmir dövrünün başlanğıcı hesab edilir. E.ə. XII–IX əsrlərdə Suriyada mövcud olmuş Palistin padşahlığının da filistinlilər ilə bağlı ola biləcəyi güman edilir.
Filistinlilər | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Dili | Filistin dili |
Dini | Kənan dini |
![]() |
Filiştlilər yunan mənşəli xalqdır və adlarının mənşəyi ibranicə "işğalçı" mənasını verən POLESH sözündəndir. İndiki fələstinlilərin filiştlilərlə heç bir əlaqəsi yoxdur. Fələstinlilər eramızın VII əsrində ərəb fəthləri ilə Kənan torpağına gələn ərəblərdir.
Filistinlilərin sitayiş etdiyi tanrılar arasında Daqon ən mühüm yeri tuturdu. Bibliyada qeyd edilmişdir ki, bu tanrıya həsr olunmuş məbədlər Qəzzə və Aşdodda yerləşirdi. Onların inanclarında Baal-Zebub mühüm yer tuturdu və Ekronda hörmətlə qarşılanırdı. Bundan əlavə, onlar Derketo və Astarta ilahələrinə inanırdılar.[2]
Vikianbarda Filistinlilər ilə əlaqəli mediafayllar var. |