. Love.az

Firudin Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Firudin Eliyev

Firudin Əli oğlu Əliyev (2 fevral 1936, Yanıqlı, Tovuz rayonu – 11 sentyabr 1983, Moskva) — Azərbaycan neft mühəndisi, dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9–10-cu çağırış deputatı.

Firudin Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
16 fevral 1983 – 11 sentyabr 1983
Birinci katibKamran Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1936(1936-02-02)
Doğum yeri
  • Yanıqlı, Tovuz rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 11 sentyabr 1983(1983-09-11) (47 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1961–1983)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (1953–1958)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

redaktə

Firudin Əli oğlu Əliyev 1936-cı il fevralın 2-də Tovuz rayonunun Yanıqlı kəndində doğulmuşdur. 1953-cü ildə Tovuz şəhər orta məktəbini bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1958-ci ildə institutu bitirdikdən sonra neft sənayesi sahəsində operator, quyuların yeraltı təmiri ustası, "Əzizbəyovneft" mədən idarəsinin şöbə rəisi, "Azneft" Birliyi Neftçıxarma İdarəsinin böyük mühəndisi vəzifələrində çalışmışdır.[1]

1966-cı ildə Firudin Əliyev "Azərneftsənayemaş" Birliyi xüsusi konstruktor bürosunun baş mühəndisi təyin edilmiş, 1972–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1975-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kimya və neft sənayesi şöbəsinin müdiri təsdiq edilmişdir. 1983-cü ilin fevral ayında Azərbaycan KP MK bürosunun üzvü və MK katibi seçilmişdir.[1]

Firudin Əliyev 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. 9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və Azərbaycan SSR Ali Soveti sənaye komissiyasının üzvü olmuşdur.[2] Azərbaycan Kommunist Partiyasının 29 və 30-cu qurultaylarında Firudin Əliyev Azərbaycan KP MK tərkibinə seçilmişdir. O, "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.[1]

Firudin Əliyev 11 sentyabr 1983-cü ildə vəfat etmişdir.[1] Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Фирудин Әли оғлу Әлијев // Коммунист. № 211 (18444). 13 сентјабр 1983-ҹү ил. С. 2.
  2. ↑ Әлијев Фирудин Әли оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 143.
  3. ↑ Əliyev Firudin Əli oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 57.

Xarici keçidlər

redaktə
  • "Firudin A Aliyev" (ingilis). Find a Grave. İstifadə tarixi: 20 yanvar 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Firudin_Əliyev&oldid=7369715"
LOVE.AZ