Firudin Hüseyn oğlu Hüseynov (10 noyabr 1937, Novoivanovka, Gədəbəy rayonu – 28 noyabr 2004, Bakı) — rus dilçiliyi üzrə tanınmış alim, filologiya üzrə elmlər doktoru (1979), professor (1983), Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri, prorektor, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda rektor vəzifələrində işləmişdir. Azərbaycan elmi və təhsilinin inkişafında böyük rolu vardır. O, Azərbaycanda, SSRİ məkanında tanınmış dilçi alimlərdən biri olmuşdur.[1]
Firudin Hüseynov | |
---|---|
![]() | |
Doğum tarixi | 10 noyabr 1937(1937-11-10) |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 2004(2004-11-28) (67 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | rus dilçiliyi |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | M.F.Axundov Pedaqoji Dillər Universiteti |
Rus dilçiliyi üzrə tanınmış məşhur alimlər - akademik B.L.İmnadze, akademik - N.M. Şanski, pofessorlar -V.P.Jukov,V.M.Makiyenko və başqa dilçilər Firudin Hüseynovun əsərlərinə böyük qiymət vermişlər.