Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.[2][3] Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər.[3] Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[4] 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[5]
Laureatlar fiziologiya və ya tibb ilə əlaqəli geniş sahələr üzrə Nobel mükafatını qazanmışlar. 2009-cu ildən etibarən G zülalları və ikinci rabitəçi tərəfindən siqnal ötürülməsi üzrə tədqiqatlarına görə 8 nəfər, neyrobiologiya sahəsindəki xidmətlərinə görə 13 nəfər və vasitəçi metabolizm üzrə tədqiqatlarına görə isə 13 nəfər laureat oldu.[3] 1939-cu ildə almaniyalı Gerhard Domaqka hökuməti tərəfindən mükafatı qəbul etməyə icazə verilmədi. Sonradan medal və diplom təqdim edildi, amma mükafat məbləği verilmədi.[6] 2021-ci il etibarilə mükafat 224 şəxsə verildi, onlardan 12-si qadın idi: Qerti Tereza Kori (1947), Rozalin Sasmen Yalou (1977), Barbara Mak-Klintok (1983), Rita Levi-Montalcini (1986), Gertrud Elion (1988), Kristiana Nüsslein-Volhard (1995), Linda Bak (2004), Fransuaza Barre-Sinussi (2008), Elizabet Bləkbörn (2009), Kerol Qreyder (2009), Mey-Britt Mozer (2014)[7] və Tu Yuyu (2015).
1915–1918, 1921, 1925, 1940–1942-ci illərdə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilmədi. Həmçinin Fiziologiya və ya tibb üzrə Nobel mükafatı 5 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən, 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Robert Baraniyə verildi və 1914-cü ilin mükafatı olaraq sayıldı.[8] Həmçinin 1922-ci ilin mükafatı 1923-cü ildə Arçibald Hill və Otto Meyerhofa,[9] 1926-cı ilin mükafatı 1927-ci ildə Yohannes Andreas Qrib Fibigerə,[10] 1938-ci ilin mükafatı 1939-cu ildə Korney Heymansa[11] və 1943-cü ilin mükafatı 1944-cü ildə Henrik Dam və Eduard Adelbert Doyziyə verildi.[12]
İl | Şəkil | Laureat | Ölkə | Əsaslanma | Ref |
---|---|---|---|---|---|
1901 | Emil fon Berinq | Almaniya İmperiyası | "Serum terapiyası ilə əlaqəli tədqiqatlarına, xüsusilə difteriyaya qarşı tətbiqinə görə, xəstəlik və ölümə qarşı həkimlərin əlinə güclü və effektiv bir silah verərək tibb elmində yeni bir yol açmışdır." | [13] | |
1902 | Ronald Ross | Böyük Britaniya Britaniya Hindistanı |
"Malyariya ilə əlaqəli çalışmalarına görə. Bu çalışmalarına ilə parazitin orqanizmə necə girdiyini aşkar etmiş və bununla da bu xəstəlik və onunla mübarizə metodları üzərində uğurlu tədqiqatların əsasını qoymuşdur." | [14] | |
1903 | Nils Finzen | Danimarka ( Farer adaları) |
"Xəstəliklərin, xüsusən lupus vulgarisin yoğunlaşdırılmış işıq radiasiyası ilə müalicəsinə verdiyi töhfələri ilə tibb elmində yeni bir yol açdığına görə." | [15] | |
1904 | İvan Pavlov | Rusiya İmperiyası | "Həzm fiziologiyası ilə bağlı tədqiqatlarına görə." | [16] | |
1905 | Robert Kox | Almaniya İmperiyası | "Vərəm xəstəliyi ilə əlaqəli araşdırmalarına və kəşflərinə görə." | [17] | |
1906 | Kamillo Qolci | İtaliya Krallığı | "Sinir sisteminin quruluşu üzrə tədqiqatlarına görə" | [18] | |
Santyaqo Ramon-i-Kaxal | İspaniya | ||||
1907 | Şarl Laveran | Fransa | "Protozoanın xəstəliklərin yaranmasındakı rolu üzrə tədqiqatlarına görə" | [19] | |
1908 | İlya Meçnikov | Rusiya İmperiyası | "İmmunitet üzrə tədqiqatlarına görə" | [20] | |
Paul Erliş | Almaniya İmperiyası | ||||
1909 | Teodor Koxer | İsveçrə | "Qalxanabənzər vəzin fiziologiyası, patologiyası və cərrahiyyəsi üzrə tədqiqatlarına görə." | [21] | |
1910 | Albrext Kossel | Almaniya İmperiyası | "Nuklein turşuları da daxil olmaqla zülallarla əlaqəli tədqiqatları nəticəsində hüceyrə kimyası haqqında biliklərimizə verdiyi töhfələrə görə." | [22] | |
1911 | Alvar Qulstrand | İsveç | "Gözün dioptrikası üzərə tədqiqatlarına görə" | [23] | |
1912 | Aleksis Karrel | Fransa | "Damar tikişi və qan damarlarının və orqanlarının transplantasiyası üzərə tədqiqatlarına görə" | [24] | |
1913 | Şarl Rişe | Fransa | "Anafilaksiya üzərə tədqiqatlarına görə" | [25] | |
1914 | Robert Barani | Avstriya-Macarıstan | "Vestibulyar aparatın fiziologiyası və patologiyası ilə əlaqədar çalışmalarına görə" | [8] | |
1915 | zzzMükafat verilmədi | ||||
1916 | |||||
1917 | |||||
1918 | |||||
1919 | Jül Borde | Belçika | "İmmunitetlə əlaqədar kəşflərinə görə" | [26] | |
1920 | Avqust Kroq | Danimarka | "Kapillyarlardaki motor tənzimləmə mexanizmini kəşf etdiyinə görə" | [27] | |
1921 | zzzMükafat verilmədi | ||||
1922 | Arçibald Hill | Böyük Britaniya | "Əzələlərdəki istilik istehsalına dair kəşfinə görə" | [9] | |
Otto Meyerhof | Almaniya | "Oksigen istehlakı və əzələdəki laktik turşu metabolizmi arasındakı sabit əlaqəni kəşf etdiyinə görə" | [9] | ||
1923 | Frederik Bantinq | Kanada | "İnsulini kəşf etdiklərinə görə" | [28] | |
Con Makleod | Böyük Britaniya | ||||
1924 | Villem Eyndhoven | Niderland | "Elektrokardioqramın mexanizminin kəşfinə görə" | [29] | |
1925 | zzzMükafat verilmədi | ||||
1926 | Yohannes Andreas Qrib Fibiger | Danimarka | "Spiroptera karsinomunun kəşfinə görə" | [10] | |
1927 | Yulius Vaqner-Yaureqq | Avstriya | "Demans iflicinin müalicəsində malyariya inokulyasiyasının müalicəvi əhəmiyyətinin kəşfinə görə" | [30] | |
1928 | Şarl Nikol | Fransa | "Tif xəstəliyi üzrə çalışmalarına görə" | [31] | |
1929 | Xristian Eykman | Niderland | "Antinevritik vitaminin kəşfinə görə" | [32] | |
Frederik Houlend Hopkins | Böyük Britaniya | "Böyüməni stimullaşdıran vitaminlərin kəşfinə görə" | [32] | ||
1930 | Karl Landşteyner | Avstriya | "İnsan qan qruplarının kəşfinə görə" | [33] | |
1931 | Otto Henrix Varburq | Almaniya | "Tənəffüs fermentinin təbiətini və fəaliyyət rejiminin kəşfinə görə" | [34] | |
1932 | Çarlz Skott Şerrinqton | Böyük Britaniya | "Neyronların funksiyaları ilə bağlı kəşflərinə görə" | [35] | |
Edqar Duqlas Edrian | Böyük Britaniya | ||||
1933 | Morqan Tomas Hant | ABŞ | "Xromosomların irsiyyətdə rolu ilə bağlı kəşflərinə görə" | [36] | |
1934 | Corc Uippl | ABŞ | "Anemiya hallarında qaraciyər terapiyası ilə bağlı kəşflərinə görə" | [37] | |
Corc Maynot | ABŞ | ||||
Uilyam Mörfi | ABŞ | ||||
1935 | Hans Şpeman | Üçüncü Reyx | "Embrion inkişafındakı təşkilatçı effektinin kəşfinə görə" | [38] | |
1936 | Henri Hallet Deyl | Böyük Britaniya | "Sinir impulslarının kimyəvi ötürülməsi ilə əlaqəli kəşflərinə görə" | [39] | |
Otto Lövi | Avstriya Üçüncü Reyx | ||||
1937 | Albert Sent-Cörci | Macarıstan | "Bioloji yanma prosesləri ilə əlaqəli kəşflərinə görə" | [40] | |
1938 | Korney Heymans | Belçika | "Tənəffüsün tənzimlənməsində sinus və aorta mexanizmlərinin oynadığı rolun kəşfinə görə" | [11] | |
1939 | Gerhard Domaqk | Üçüncü Reyx | "Prontozilin antibakterial təsirlərinin kəşfinə görə" | [41] | |
1940 | zzzMükafat verilmədi | ||||
1941 | |||||
1942 | |||||
1943 | Henrik Dam | Danimarka | "K vitamininin kəşfinə görə" | [12] | |
Eduard Adelbert Doyzi | ABŞ | "K vitamininin kimyəvi təbiətinin kəşfinə görə" | [12] | ||
1944 | Cozef Erlanqer | ABŞ | "Tək sinir liflərinin yüksək dərəcədə fərqliləşmiş funksiyaları ilə əlaqəli kəşflərinə görə" | [42] | |
Herbert Spenser Qasser | ABŞ | ||||
1945 | Aleksandr Fleminq | Böyük Britaniya | "Penisilinin və onun müxtəlif yoluxucu xəstəliklərdə müalicəvi təsirinin kəşfinə görə" | [43] | |
Ernst Boris Çeyn | Böyük Britaniya | ||||
Hovard Volter Flori | Avstraliya | ||||
1946 | German Cozef Möller | ABŞ | "Rentgen şüalanmasına məruz qalmaqla mutasiyaların yaranmasının kəşfinə görə" | [44] | |
1947 | Karl Ferdinand Kori | ABŞ | "Qlikogenin katalitik çevrilməsinin gedişatını kəşf etdiklərinə görə" | [45] | |
Qerti Tereza Kori | ABŞ | ||||
Bernardo Usay | Argentina | "Şəkər metabolizmasında ön hipofiz lobu hormonunun oynadığı rolun kəşfinə görə" | [45] | ||
1948 | Paul Hermann Müller | İsveçrə | "Bir çox buğumayaqlılara qarşı kontakt zəhəri olaraq DDT-nin yüksək effektinin kəşfinə görə" | [46] | |
1949 | Volter Rudolf Hess | İsveçrə | "Daxili orqanların fəaliyyətinin koordinatoru olaraq ara beynin funksional düzəninin kəşfinə görə" | [47] | |
Antonio Eqaş Moniş | Portuqaliya | "Müəyyən psixozlarda lobotomiyanın terapevtik əhəmiyyətinin kəşfinə görə" | [47] | ||
1950 | Filip ŞoVolter Henç | ABŞ | "Adrenal korteksin hormonları, onların quruluşu və bioloji təsiri ilə əlaqəli kəşflərinə görə" | [48] | |
Eduard Kelvin Kendall | ABŞ | ||||
Tadeuş Reyxşteyn | İsveçrə Polşa | ||||
1951 | Maks Teyler | ABŞ | "Sarı qızdırma və onunla necə mübarizə aparmaqla əlaqəli kəşflərinə görə" | [49] | |
1952 | Zelman Vaksman | ABŞ | "Vərəmə qarşı ilk təsirli antibiotik olan streptomisinin kəşfinə görə" | [50] | |
1953 | Hans Adolf Krebs | Böyük Britaniya | "Krebs dövrünün kəşfinə görə" | [51] | |
Frits Albert Lipman | ABŞ | "Koferment A-nın və onun ara metabolizmdəki əhəmiyyətinin kəşfinə görə" | [51] | ||
1954 | Con Franklin Enders | ABŞ | "Poliomielit viruslarının müxtəlif toxumalarda inkişaf edə bilmə qabiliyytənin kəşfinə görə" | [52] | |
Frederik Çapmen Robbins | ABŞ | ||||
Tomas Hakl Ueller | ABŞ | ||||
1955 | Huqo Teorell | İsveç | "Oksidləşmə fermentlərinin təbiəti və fəaliyyət rejimi ilə əlaqəli kəşflərinə görə" | [53] | |
1956 | Andre Frederik Kurnan | ABŞ | "Qan dövranı sistemindəki patoloji dəyişikliklər və ürək kateterizasiyası ilə əlaqəli kəşflərinə görə" | [54] | |
Verner Forsman | Qərbi Almaniya | ||||
Dikinson Riçards | ABŞ | ||||
1957 | Daniel Bove | İtaliya | "Antihistaminlərin və xüsusi ilə onların damar sistemi və sklet əzələlərindəki təsiri ilə bağlı kəşflərinə görə " | [55] | |
1958 | Corc Uels Bidl | ABŞ | "Müəyyən kimyəvi hadisələrin tənzimlənməsində genlərin rolunu kəşf etdiklərinə görə" | [56] | |
Eduard Teytem | ABŞ | ||||
Coşua Lederberq | ABŞ | "Genetik rekombinasiya və bakteriyaların genetik materialının təşkili ilə bağlı kəşflərinə görə" | [56] | ||
1959 | Artur Kornberq | ABŞ | "Ribonuklein turşusu və deoksiribonuklein turşusunun bioloji sintezindəki mexanizmləri kəşf etdiklərinə görə" | [57] | |
Severo Oçoa | ABŞ İspaniya | ||||
1960 | Frenk Makfarleyn Börnet | Avstraliya | "Qazanılmış immunoloji tolerantlığın kəşfinə görə" | [58] | |
Piter Medavar | Braziliya Böyük Britaniya | ||||
1961 | Dyörd von Bekeşi | ABŞ | "İlbiz daxilindəki fiziki stimullaşdırma mexanizminin kəşfinə görə" | [59] | |
1962 | Frensis Krik | Böyük Britaniya | "Nuklein turşularının molekulyar quruluşu və canlı materialdakı məlumat ötürmə əhəmiyyəti ilə əlaqədar kəşflərinə görə" | [60] | |
Ceyms Uotson | ABŞ | ||||
Moris Uilkins | Yeni Zelandiya Böyük Britaniya | ||||
1963 | Con Karyu Ekkls | Avstraliya | "Sinir hüceyrə membranının periferik və mərkəzi hissələrində həyəcanlanma və inhibasiya hadisələrində rol alan ion mexanizmləri ilə əlaqədar kəşflərinə görə" | [61] | |
Alan Lloyd Hockin | Böyük Britaniya | ||||
Endrü Haksli | Böyük Britaniya | ||||
1964 | Konrad Emil Bloh | ABŞ | "Yağ turşusu metabolizmi və xolesterol tənzimlənməsi və mexanizmi ilə əlaqədar kəşflərinə görə" | [62] | |
Feodor Feliks Konrad Linen | Qərbi Almaniya | ||||
1965 | Fransua Yakob | Fransa | "Fermentlərin genetik kontrolu və virus sintezi ilə əlaqədar kəşflərinə görə" | [63] | |
Andre Mişel Lvov | Fransa | ||||
Jak Mono | Fransa | ||||
1966 | Frensis Peyton Rous | ABŞ | "Şiş yaradan virusların kəşfinə görə" | [64] | |
Çarlz Brenton Haqqins | ABŞ | "Prostat xərçənginin hormonal müalicəsi ilə bağlı kəşflərinə görə" | [64] | ||
1967 | Raqnar Qranit | Finlandiya İsveç |
"Gözün ilkin fizioloji və kimyəvi vizual prosesləri ilə bağlı kəşflərinə görə" | [65] | |
Holden Keffer Hartlayn | ABŞ | ||||
Corc Uold | ABŞ | ||||
1968 | Robert Holli | ABŞ | "Genetik kodun və onun zülal sintezindəki funksiyasının interpretasiyasına görə" | [66] | |
Har Qobind Korana | ABŞ[67] | ||||
Marşal Uarren Nirenberq | ABŞ | ||||
1969 | Maks Delbryuk | ABŞ | "Virusların replikasiya mexanizmləri və genetik strukturları ilə bağlı kəşflərinə görə" | [68] | |
Alfred Herşi | ABŞ | ||||
Salvador Luria | İtaliya ABŞ | ||||
1970 | Culius Akselrod | ABŞ | "Neyromediatorlar və onların saxlanılması, buraxılması və inaktivasiyası ilə bağlı kəşflərinə görə" | [69] | |
Ulf von Eyler | İsveç | ||||
Bernard Katz | Böyük Britaniya | ||||
1971 | Erl Uilbur Sazerlend | ABŞ | "Hormonların təsir mexanizmləri ilə əlaqədar kəşflərinə görə" | [70] | |
1972 | Cerald Edelman | ABŞ | "Anticismlərin kimyəvi strukturu ilə əlaqəli kəşflərinə görə" | [71] | |
Rodni Porter | Böyük Britaniya | ||||
1973 | Karl von Friş | Qərbi Almaniya | "Fərdi və sosial davranış modellərinin təşkili və seçilməsi ilə bağlı kəşflərinə görə" | [72] | |
Konrad Lorenz | Avstriya | ||||
Nikolaas Tinbergen | Niderland | ||||
1974 | Albert Klod | ABŞ | "Hüceyrənin struktural və funksional təşkili ilə bağlı kəşflərinə görə" | [73] | |
Kristian de Dyuv | Belçika | ||||
Corc Palade | ABŞ Rumıniya | ||||
1975 | Devid Baltimor | ABŞ | "Şiş virusları və hüceyrənin genetik materialı arasındakı qarşılıqlı təsir ilə əlaqəli kəşflərinə görə" | [74] | |
Renato Dulbekko | İtaliya ABŞ | ||||
Hovard Martin Temin | ABŞ | ||||
1976 | Barux Semyuel Blamberq | ABŞ | "Yoluxucu xəstəliklərin əmələ gəlməsi və yayılması ilə əlaqəli yeni mexanizmlər barədə kəşflərinə görə" | [75] | |
Daniel Karlton Qaydusek | ABŞ | ||||
1977 | Roje Qiymen | ABŞ | "Beynin peptid hormonu istehsalı ilə bağlı kəşflərinə görə" | [76] | |
Endrü Şalli | Kanada Polşa ABŞ | ||||
Rozalin Sasmen Yalou | ABŞ | "Peptid hormonlarının radyoimunoanalizini təkmilləşdirdiyinə görə" | [76] | ||
1978 | Verner Arber | İsveçrə | "Məhdudlaşdırıcı fermentlərin kəşfi və onların molekulyar genetika problemlərinə tətbiqi ilə bağlı kəşflərinə görə" | [77] | |
Daniel Natans | ABŞ | ||||
Hamilton Smit | ABŞ | ||||
1979 | Allan Kormak | Cənubi Afrika Respublikası ABŞ |
"Kompüter tomoqrafiyasını təkmilləşdirdiklərinə görə" | [78] | |
Qodfri Haunsfild | Böyük Britaniya | ||||
1980 | Barux Benaserraf | Venesuela ABŞ |
"İmmunoloji reaksiyaları tənzimləyən hüceyrə səthindəki genetik olaraq təyin edilmiş quruluşlara dair kəşflərinə görə" | [79] | |
Jan Dosse | Fransa | ||||
Corc Deyvis Snell | ABŞ | ||||
1981 | Rocer Sperri | ABŞ | "Beyin yarımkürələrinin funksional ixtisaslaşmasına dair kəşflərinə görə" | [80] | |
Devis Hyubel | Kanada ABŞ |
"Vizual sistemdə məlumatların işlənməsi ilə bağlı kəşflərinə görə" | [80] | ||
Torsten Vizel | İsveç | ||||
1982 | Sune Berqström | İsveç | "Prostaglandinlər və əlaqəli bioloji aktiv maddələrlə bağlı kəşflərinə görə" | [81] | |
Benqt Samuelsson | İsveç | ||||
Con Robert Veyn | Böyük Britaniya | ||||
1983 | Barbara Mak-Klintok | ABŞ | "Transpozonların kəşfinə görə" | [82] | |
1984 | Nils Kay Yerne | Danimarka | "İmmunitet sisteminin inkişafı və idarə edilməsinin spesifikliyi ilə əlaqəli nəzəriyələrə və monoklonal anticismlərin istehsal prinsipinin kəşfinə görə" | [83] | |
Georq Köler | Qərbi Almaniya | ||||
Sezar Milşteyn | Argentina Böyük Britaniya | ||||
1985 | Maykl Stüart Braun | ABŞ | "Xolesterol mübadiləsinin tənzimlənməsi ilə bağlı kəşflərinə görə" | [84] | |
Cozef Qoldşteyn | ABŞ | ||||
1986 | Stenli Koen | ABŞ | "Böyümə faktorlarının kəşfinə görə" | [85] | |
Rita Levi-Montalcini | İtaliya | ||||
1987 | Susumu Toneqava | Yaponiya | "Anticisim müxtəlifliyinin yaranmasını üçün genetik prinsipin kəşfinə görə" | [86] | |
1988 | Ceyms Blek | Böyük Britaniya | "Narkotik müalicəsinin vacib prinsiplərinin kəşfinə görə" | [87] | |
Gertrud Elion | ABŞ | ||||
Corc Hitçinqs | ABŞ | ||||
1989 | Con Maykl Bişop | ABŞ | "Retroviral onkogenlərin hüceyrə mənşəsi ilə əlaqəli kəşflərnə görə" | [88] | |
Harold Varmus | ABŞ | ||||
1990 | Cozef Mürrey | ABŞ | "İnsan xəstəliklərinin müalicəsində orqan və hüceyrə transpantasiyası ilə əlaqəli kəşflərinə görə" | [89] | |
Donnall Tomas | ABŞ | ||||
1991 | Ervin Neer | Almaniya | "Hüceyrələrdəki vahid ion kanallarının funksiyası ilə bağlı kəşflərinə görə" | [90] | |
Bert Sakman | Almaniya | ||||
1992 | Edmond Fişer | İsveçrə ABŞ |
"Bioloji tənzimləmə mexanizmi olaraq geri qaytarılan protein fosforlaşmasına dair kəşflərinə görə" | [91] | |
Edvin Krebs | ABŞ | ||||
1993 | Riçard Roberts | Böyük Britaniya | "Bölünmüş genlərin kəşfinə görə" | [92] | |
Fillip Allen Şarp | ABŞ | ||||
1994 | Alfred Gilman | ABŞ | "G-zülallarının və bu zülalların hüceyrələrdə siqnal transduksiyasının rolunun kəşfinə görə" | [93] | |
Martin Rodbell | ABŞ | ||||
1995 | Edvard Lyüis | ABŞ | "Erkən embrional inkişafın genetik kontrolu ilə bağlı kəşflərinə görə" | [94] | |
Kristiana Nüsslein-Volhard | Almaniya | ||||
Erik Vişaus | ABŞ | ||||
1996 | Piter Doerti | Avstraliya | "Hüceyrə vasitəli immun müdafiəsinin spesifikliyi ilə bağlı kəşflərinə görə" | [95] | |
Rolf Tsinkernagel | İsveçrə | ||||
1997 | Stenli Pruziner | ABŞ | "Prionların kəşfinə görə — infeksiyanın yeni bioloji prinsipi" | [96] | |
1998 | Robert Furxqott | ABŞ | "Azot oksidinin ürək-damar sisteminin tənzimlənməsində siqnal vermə molekulu olaraq rolunun kəşfinə görə" | [97] | |
Luis İqnarro | ABŞ | ||||
Fərid Murad | ABŞ | ||||
1999 | Günter Blobel | Almaniya ABŞ |
"Zülallların hüceyrədə lokalizasiya və nəqliyyatını idarə edən daxili siqnallarının kəşfinə görə" | [98] | |
2000 | Arvid Karlsson | İsveç | "Sinir sistemindəki siqnal ötürülməsi ilə əlaqədar kəşflərinə görə" | [99] | |
Pol Qrinqard | ABŞ | ||||
Erik Kandel | ABŞ | ||||
2001 | Leland Hartvell | ABŞ | "Hüceyrə dövrünün əsas tənzimləyicilərini kəşf etdiklərinə görə" | [100] | |
Tim Hunt | Böyük Britaniya | ||||
Pol Nurs | Böyük Britaniya | ||||
2002 | Sidney Brenner | Cənubi Afrika Respublikası | "Orqan inkişafının və proqramlaşdırılmış hüceyrə ölümünün genetik tənzimlənməsi ilə bağlı kəşflərinə görə" | [101] | |
Robert Horvits | ABŞ | ||||
Con Salston | Böyük Britaniya | ||||
2003 | Pol Loterbur | ABŞ | "Maqnit rezonans tomoqrafiyası ilə bağlı kəşflərinə görə" | [102] | |
Piter Mensfild | Böyük Britaniya | ||||
2004 | Riçard Aksel | ABŞ | "Odorant reseptorların və qoxu sisteminin təşkilinin kəşfinə görə" | [103] | |
Linda Bak | ABŞ | ||||
2005 | Berri Marşall | Avstraliya | "Helicobacter pylori bakteriyası və onun qastrit və mədə xorası xəstəliklərindəki rolunun kəşfinə görə" | [104] | |
Robin Uorren | Avstraliya | ||||
2006 | Endrü Fayer | ABŞ | "RNT interferensiyasının kəşfinə görə — cüt telli RNT tərəfindən gen susdurulması" | [105] | |
Kreyq Mello | ABŞ | ||||
2007 | Mario Kapekki | ABŞ İtaliya |
"Embrion kök hüceyrələrinin istifadəsi ilə siçanlarda müəyyən gen modifikasiyalarnın prinsiplərini kəşf etdiklərinə görə" | [106] | |
Martin Evans | Böyük Britaniya | ||||
Oliver Smitis | Böyük Britaniya ABŞ | ||||
2008 | Harald tsur Hauzen | Almaniya | "Servikal xərçəngə səbəb olan insan papillomavirusunun kəşfinə görə" | [107] | |
Fransuaza Barre-Sinussi | Fransa | "İnsanın immunçatışmazlığı virusunun kəşfinə görə" | [107] | ||
Lük Montanyer | Fransa | ||||
2009 | Elizabet Bləkbörn | ABŞ Avstraliya |
"Xromosomların telomerlərlə və telomeraza fermenti ilə necə qorunduğunu kəşf etdiklərinə görə" | [108] | |
Kerol Qreyder | ABŞ | ||||
Cek Şostak | ABŞ | ||||
2010 | Robert Edvards | Böyük Britaniya | "İn vitro mayalandırmanın təkmilləşdirilməsinə görə" | [109] | |
2011 | Brüs Bötler | ABŞ | "Anadangəlmə immunitetin aktivləşdirilməsi ilə bağlı kəşflərinə görə" | [110] | |
Jül Hoffmann | Fransa | ||||
Ralf Staynman | Kanada | "Dendritik hüceyrənin və onun adaptiv immunitetdəki rolunun kəşfinə görə" (ölümündən sonra mükafatlandırıldı)[111][112] | [110] | ||
2012 | Con Qyordon | Böyük Britaniya | "Yetkin hüceyrələrin pluripotent olması üçün yenidən proqramlaşdırıla biləcəyini kəşf etdiklərinə görə" | [113] | |
Şinya Yamanaka | Yaponiya | ||||
2013 | Ceyms Rotman | ABŞ | "Hüceyrələrimizdə böyük bir nəqliyyat sistemi olan vezikulyar trafikinin tənzimləmə mexanizmlərinin kəşfinə görə" | [114] | |
Rendi Şekman | ABŞ | ||||
Tomas Südhof | ABŞ Almaniya | ||||
2014 | Con O'Kif | ABŞ Böyük Britaniya |
"Beyində yerləşdirmə sistemi meydana gətirən hüceyrələrin kəşfinə görə" | [115] | |
Mey-Britt Mozer | Norveç | ||||
Edvard Mozer | Norveç | ||||
2015 | Uilyam Kempbell | İrlandiya ABŞ |
"Yuvarlaq qurd parazitinin səbəb olduğu infeksiyalara qarşı yeni bir terapiya ilə əlaqədar kəşflərinə görə" | [116] | |
Satosi Omura | Yaponiya | ||||
Tu Yuyu | ÇXR | "Malyariyaya qarşı yeni bir terapiya ilə əlaqədar kəşflərinə görə" | [116] | ||
2016 | Yoşinori Oşumi | Yaponiya | "Autofaq mexanizmlərinin kəşfinə görə" | [117] | |
2017 | Ceffri Holl | ABŞ | "Sirkadian ritmini idarə edən molekulyar mexanizmləri kəşf etdiklərinə görə" | [118] | |
Maykl Rozbaş | ABŞ | ||||
Maykl Yanq | ABŞ | ||||
2018 | Ceyms Ellison | ABŞ | "Mənfi immun tənzimlənməsini inhibasiya edərək xərçəngin müalicəsinin kəşfinə görə" | [119] | |
Tasuku Hondzö | Yaponiya | ||||
2019 | Uilyam Kelin | ABŞ | "Hüceyrələrin oksigenin mövcudluğunu necə hiss etdiklərini və oksigen miqdarındaki dəyişikliklərə necə adaptasiya olduqlarını kəşf etdiklərinə görə" | [120] | |
Peter Ratkliff | Böyük Britaniya | ||||
Qreqq Semenza | ABŞ | ||||
2020 | Alter Harvi | ABŞ | "Hepatit C virusunun kəşfinə görə" | [121] | |
Maykl Houton | Böyük Britaniya | ||||
Çarlz Rays | ABŞ | ||||
2021 | Deyvid Juliyus | ABŞ | "toxunma və temperatur reseptorlarının kəşfinə görə" | [122] | |
Ardem Pataputyan | ABŞ Livan | ||||
2022 | Svante Paabo | İsveç | "nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə" | [123] | |
2023 | Katalin Kariko | Macarıstan ABŞ |
"COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin işlənib hazırlanmasına imkan yaradan nukleozid bazası modifikasiyası ilə bağlı kəşflərinə görə." | [124] | |
Dryu Vaysman | ABŞ |
The Nobel foundation concluded that the award should stand, saying: "The Nobel prize to Ralph Steinman was made in good faith, based on the assumption that the Nobel laureate was alive."
Vikianbarda Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı ilə əlaqəli mediafayllar var. |