. Love.az

Francesko Farneze Parma Hersoqu - Wikipedia - Love.az

Ana Səhifə - Francesko Farneze Parma Hersoqu

Françesko Farneze (it. Francesco Farnese; 19 may 1678[1], Parma – 26 fevral 1727[2][3][…], Piaçensa) — 7-ci Parma və Piaçensa hersoqu.

Françesko Farneze
VII Parma və Piaçensa hersoqu
11 dekabr 1694 – 26 fevral 1727
ƏvvəlkiII Ranuççio Farneze
SonrakıAntonio Farneze
Şəxsi məlumatlar
Doğum tarixi 19 may 1678(1678-05-19)[1]
Doğum yeri
  • Parma, Parma hersoqluğu
Vəfat tarixi 26 fevral 1727(1727-02-26)[2][3][…] (48 yaşında)
Vəfat yeri
  • Piaçensa, Piaçensa əyaləti[d], Emiliya-Romanya
Fəaliyyəti siyasətçi
Atası II Ranuççio Farneze (Parma hersoqu)
Anası Mariya d'Este (Parma hersoginyası)
Həyat yoldaşı
  • Countess Palatine Dorothea Sophie of Neuburg
Ailəsi House of Farnese
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

19 may 1678-ci ildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu II Ranuççio Farneze, anası isə onun üçüncü xanımı Mariya d'Estedir. Böyük qardaşı Odoardonun 1693-cü ildə vəfat etməsiylə taxtın varisi elan olundu. Cəmi bir il sonra atasının vəfatıyla taxta çıxarıldı. Pfals-Parma dostluğunun davam etməsi məqsədilə vəfat edən qardaşının dul xanımı Düsseldorflu Doroteya Sofiya ilə evləndi.

1700-cü ildə İspaniya kralı II Karlın geridə varis qoymadan vəfat etməsinin ardından Fransa və Habsburq imperiyaları arasında İspaniya taxtı uğrunda siyasi mübarizə başladı. Françesko Farneze isə öz mülkünü qorumaq məqsədilə bu mübarizədə tərəfsiz qaldı. Buna baxmayaraq Habsburq orduları bəzi Parma mülklərini talan etdi və qarşılığında ödəniləcək hərbi təzminatdan boyun qaçırdı. Bunun qarşılığında Françesko Farneze 1714-cü ildə qardaşı qızı (həm də ögey qızı) Elizabeti Burbon ailəsindən seçilən yeni İspaniya kralı V Filipplə evləndirdi.

Digər yandan Françeskonun övladı yox idi və varisi olan kiçik qardaşı Antonio sonsuz idi. Bu səbəblə qardaşının ölümündən sonra, ögey qızı Elizabet Farnezenin böyük oğlu Don Karlosun Parma taxt-tacına sahib çıxmasını istədi. 26 fevral 1727-ci ildə ailənin genetik xəstəliyi olan obezite səbəbilə vəfat etdi.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Armstrong, Edward (1892). Elisabeth Farnese: "The Termagent of Spain". Longmans, Green, & Co: New York.
  • Solari, Giovanna (1968). The House of Farnese: A Portrait of a Great Family of the Renaissance. Doubleday & Company: New York.
  • Acton, Harold (1956). The Bourbons of Naples (1734–1825). Methuen & Co: London.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Pas L. v. Francesco Farnese // Genealogics (ing.). 2003.
  2. ↑ 1 2 WeRelate (ing.). 2005.
  3. ↑ 1 2 Sejm-Wielki.pl (pol.). 2002.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Françesko_Farneze_(Parma_hersoqu)&oldid=8131064"
LOVE.AZ