. Love.az

Francesko Qraziani - Wikipedia - Love.az

Ana Səhifə - Francesko Qraziani

Francesco Qraziani (it. Francesco Graziani, 16 dekabr 1952[1], Subyako[d], Latsio) — İtalyalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. 1982 Dünya Çempionatının qalibi olub . Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışır.

Françesko Qraziani
Ümumi məlumatlar
Doğum tarixi 16 dekabr 1952(1952-12-16)[1] (72 yaş)
Doğum yeri
  • Subyako[d], Roma əyaləti[d], Latsio, İtaliya
Vətəndaşlığı
  •  İtaliya
Boyu 180 sm
Çəkisi 76 kq
Mövqeyi hücumçu
Karyerası
1983–1986 Roma 57 (12)
1986–1988 Udineze FK 33 (8)
1981–1983 Fiorentina 52 (14)
1970–1973 Arettso FK 48 (11)
1973–1981 Torino FK 221 (97)
1975–1983 İtaliya milli futbol komandası 64 (23)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyerası
    • 1.1 Məşqçilik karyerası
  • 2 Şəxsi həyatı
  • 3 Uğurları
    • 3.1 Oyunçu kimi
    • 3.2 Məşqçi kimi
  • 4 İstinadlar

Karyerası

redaktə

Françesko futbol karyerasına "Arezzo" klubunda başlamışdır. 1973-cü ildə "Torino" klubuna keçir və üç il sonra Turin klubu ilə Skudetto qazanır.[2] 1977-ci ildə 21 qolla İtaliya çempionatının bombardiri olur.[3] 1981-ci ildə Qraziani "Fiorentina" klubuna, 1983-cü ildə isə "Roma"ya transfer olunur. Roma klubunda oynayan zaman Avropa Çepmionlar kubokununun finalına çıxır, ancaq burada "Liverpul" klubuna qarşı oyunda penalti komandası seriyasında məğlub olur.

1986-cı ildə "Udineze" klubuna keçir və növbəti iki mövsümu burada keçirir.

1988-ci ildə Avstraliyanın "APIA Leichhardt" klubuna keçir və burada 2 oyunda meydana çıxaraq karyerasını bitirir.

Futbolçu İtaliya A Seriyasında 353 oyunda meydana çıxaraq 130 1ol vurub.

Qraziani eyni zamanda 1978-ci il Dünya Çempionatı, 1980-ci il Avropa Çempionatı və 1982-ci il Dünya Çempionatında İtaliya millisinin heyətində yer alır. 1982-ci il Dünya Çempionatında turnirin qalibi olur və turnirdə Kamerunla oyunda bir qol vurur.

Məşqçilik karyerası

redaktə

Qrazianinin məşqçilik karyerası o qədər də uğurlu olmayır. O məşqçilik karyerasına 1989-cu ildə keçmiş klubu "Fiorentina"da başlayır və Floreansiyalılar ilə UEFA Kubokunun finlına çıxsada, orada digər İtaliya klubu "Yuventus" klubuna 1:3 hesabı ilə məğlub olur.

Françeskonun növbəti klubu 1990-cı ildə "Recina" olur. 1990/91 mövsumundə "Recina"da çalışdıqdan sonra oradan ayrılır və 1991/92 mövsumundə "Avellino" klubuna məşqçi təyin olunur. Ancaq ordada uğur qazana bilməyən Qraziani 1992-ci ildə məşqçiliklə vidalaşır. Ancaq doqquz il sonra Fraçesko təkrar məşqçiliyə dönərək "Katanyia" klubunun "C1 Seriyası" çempionu edərək, komandanın B Seriyasına yüksəlməsinə kömək edir. "Kataniya"da o məşqçi olmaqla yanaşı həm də idman direktoru vəzifəsini yerinə yetirirdi. Ancaq 2002/03 mövsümündə doqquz matçdan sonra uğursuz olduğu üçun klubdan ayrılır və İtaliyanın C2 Seriyasında yarışan "Montevarçi"yə məşqçi təyin olunur. Françskonun məşqçilik karyerası burdada alınmır və klubdan qovulur. Daha sonra o yarımpeşəkar klublara rəhbərlik edir.

Şəxsi həyatı

redaktə

Françeskonun Qabriel adlı bir oğlu var. Qabrieldə futbolçudur və Pro Liqanın ikinci divizion klubunda (əvvəlki C2 Seriyası) "Sambonifaçese" klubunda oynayır .

Françesko Qraziani hazırda İtaliyanın Mediaset kanalında futbol mütəxəssisi kimi çalışır.[4]

Uğurları

redaktə

Oyunçu kimi

redaktə

Torino

  • İtaliya çempionu: 1975/76

Roma

  • İtaliya Kubokunun qalibi: 1983/84, 1985/86

İtaliya Millisi

  • Dünya çempionu: 1982

Şəxsi nailiyyətlər

  • İtaliya çempionatının bombardiri: 1976/77[5]
  • İtaliya kubokunun ən yaxşı bombardiri: 1980/81 (5 qol)[6]

Məşqçi kimi

redaktə

Kataniya

  • Seriya C1 çempionu: 2001/02

Cervia

  • Çempion Echchelenza: 2004/05

İstinadlar

redaktə
  1. ↑ 1 2 Francesco Graziani // Transfermarkt (çd.). 2000.
  2. ↑ Di Maggio, Roberto. "Francesco Graziani - Goals in Serie A". RSSSF (ingilis). 9 yanvar 2005. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  3. ↑ "Toro, Agroppi: "Vi racconto Gigi Meroni, il nostro George Best"" (italyan). Toro News. 12 oktyabr 2017. İstifadə tarixi: 25 fevral 2023.[ölü keçid]
  4. ↑ "Mundial 1982, quell'Italia ha fatto 31" (italyan). Sport Mediaset. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  5. ↑ Di Maggio, Roberto; Kramarsic, Igor; Novello, Alberto. "Italy - Serie A Top Scorers". RSSSF (ingilis). 11 iyun 2015. 31 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  6. ↑ Di Maggio, Roberto; Rota, Davide. "Italy - Coppa Italia Top Scorers". RSSSF (ingilis). 4 iyun 2015. 29 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Françesko_Qraziani&oldid=7911956"
LOVE.AZ