. Love.az

Frederik Jolio Kuri - Wikipedia - Love.az

Ana Səhifə - Frederik Jolio Kuri

Frederik Jolio-Küri(fr. Jean Frédéric Joliot; 19 mart 1900[2][3][…], Parisin 16-cı dairəsi[d][5][6] – 14 avqust 1958[4][2][…]) — fransız fizik, Nobel mükafatı laureatı.

Frederik Jolio- Küri
fr. Frédéric Joliot-Curie
Frederik Jolio Küri
Frederik Jolio Küri
Doğum adı Jean Frédéric Joliot
Doğum tarixi 19 mart 1900(1900-03-19)[2][3][…]
Doğum yeri
  • Parisin 16-cı dairəsi[d], Paris, Paris[5][6]
Vəfat tarixi 14 avqust 1958(1958-08-14)[4][2][…] (58 yaşında)
Vəfat səbəbi qaraciyər xəstəliyi[d]
Həyat yoldaşı
  • İren Jolio-Küri (1926–)
Uşaqları
  • Helen Lanqevin-Joliot
Elm sahələri Nüvə fizikası, təbiət elmləri[1], fizika[1], kimya[1]
İş yeri Institut du Radium
Alma-mater ESPCI ParisTech
Təhsili
  • Paris Şəhər Sənaye Fizikası və Kimyası üzrə Ali Təhsil İnstitutu,
  • Paris Elm fakültəsi[d]
Tanınmış yetirməsi Toşiko Yuasa
Tanınır Atom nüvəsi üzərində araşdırmaları
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1946–),
  • ADR Elmlər Akademiyası[d],
  • Fransa Elmlər Akademiyası (1943–)[7],
  • SSRİ Elmlər Akademiyası,
  • Macarıstan Elmlər Akademiyası,
  • Polşa Elmlər Akademiyası[d],
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d]
Mükafatları
3-cü dərəcəli "Qrünvald xaçı" ordeni 1-ci dərəcəli "Əmək bayrağı" ordeni 1939–1945 hərbi xaçı (Fransa) "Fəxri Legion" ordeni komandoru (Fransa) — 1946 "Fəxri Legion" ordeninin zabit dərəcəsi (Fransa) — 1938 "Fəxri legion" ordeni kavaleri (Fransa) — 1935 Polşanın İntibah ordeninin ulduzlu komandoru
International Stalin Prize for Peace Kimya üzrə "Nobel" mükafatı (İsveç) — 1935
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Ölümü
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Frederik Jolio- Küri 1900- cü il martın 19-u Parisdə tacir ailəsində dünyaya göz açıb. Atası Henri Jolio, anası isə Emili Roderer idi.

O Paris kimya və fizika məktəbinin məzunu olmuşdur.1925-ci ildə Radium İnstitununda İren Jolio-Küri ilə birlikdə Mariya Kürinin laborantı olmuştur.1926-cı ildə İren Jolio-Küri ilə evlənmişdir. Məhz evliliklərindən sonra ikisi də soyadlarını Jolio-Küri olaraq dəyişdirmişlər. 1930-cu ildə radioaktiv elementlərin elektrokimyası sahəsində doktorluq dərəcəsi almışdır.1940-cı ildə İkinci Dünya müharibəsi zamanı Fransa savaşında Jolio öz elmi işlərinin sənədlərini Hans von Halban və Lev Kovarski ilə birlikdə İngiltərəyə qaçırmağa müvəffəq olmuşdur. Fransa Müqavimət Hərəkatı zamanı milli cəbhəyə üzv olmuşdur.

Elmi fəaliyyəti

redaktə

Frederik Jolio- Küri həyat yoldaşı ilə birlikdə süni radioaktivliyi kəşf etmişlər.

Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər. Bu kəşfə görə onlar 1935-ci ildə Nobel mükafatı almışlar.

İkinci Dünya müharibəsidən sonra Fransa Milli Elmi Araşdırma Mərkəzində işə başlamışdır. 1948-ci ildə Fransa atom reaktorunun yaradılmasında iştirak etmişdir. 1950-ci ildə siyasi səbəblərdən- kommunist olduğundan bu vəzifə əlindən alınmışdır. 1951-ci ildə Leni sülh ordeni ilə təltif olunmuşdur.

Ölümü

redaktə

Frederik Jolio- Küri 1958- ci il avqustun 19 Parisdə vəfat etmişdir.

Həmçinin bax

redaktə
  • Nobel mükafatı
  • İren Jolio-Küri
  • Mariya Küri

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 Jean Frédéric Joliot // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  4. ↑ 1 2 Шаскольская М. П. Жолио-Кюри Фредерик // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1972. Т. 9 : Евклид — Ибсен. С. 230.
  5. ↑ 1 2 Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  6. ↑ 1 2 Archives de Paris. burax. 345.
  7. ↑ https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-j.html.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Frederik_Jolio-Küri&oldid=7907861"
LOVE.AZ