"Frieren: Beyond Journey's End" Kanehito Yamada tərəfindən yazılan və Tsukasa Abe tərəfindən illüstrasiya olunan manqa seriyasıdır. 28 aprel 2020-ci ildə "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında serializasiya olunmağa başlamışdır.[1] İlk tankobon cildi 18 avqust 2020-ci ildə buraxılmışdır.[2] 18 mart 2025-ci ilə qədər 14 tankobon cildi buraxılmışdır.[3]
Manqa seriyasında hadisələr Friren adlı güclü elf sehrbazın yaşadığı fentezi dünyasında baş verir. O, 10 illik səyahətdən sonra İblis kralı məğlub edən və dünyada sülhü bərqərar edən Qəhrəmanlar komandasının keçmiş üzvüdür. Elflər gec yaşlandığı üçün Frirenin 1000 ildən çox yaşı var və onun zaman qavrayışı adi insanlardan fərqlidir. Onun üçün illər və ya onilliklər çox qısa müddət kimi gəlir. Qəhrəman Himmelin dəfn mərasimi zamanı Friren onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşmançılığını ifadə edir. Qitənin ən şimalında ruhların dincəldiyi yerin varlığını öyrənən Friren yeni səyahətə çıxmağa qərar verir. Onun bu səyahətinə şagirdi Fern və gənc döyüşçü Ştark da qoşulur. Friren yeni səyahəti zamanı keçmiş səyahətindən olan xatirələri yenidən yadına salır.
Manqa əsasında fərqli müəlliflər tərəfindən hazırlanmış 5 vanşot spin-off manqası "Shogakukan" nəşriyyatının "Sunday Webry" manqa vebsaytında 22–26 may 2023-cü ildə yayımlanmışdır: Kassan tərəfindən "Chūbō no Frieren"[a], Ren Miura tərəfindən "Yūsha Himmel no Bōkentan"[b], Jona tərəfindən "Frieren wa Ningen wo Shiritai"[c], Kazumi Yamaquçi tərəfindən "Himmel Tabi Nikki"[d] və Soiçi İqaraşi tərəfindən "Yorimichi no Frieren".[4][e] Bu manqaların fəsilləri "Shogakukan" nəşriyyatı tərəfindən 18 dekabr 2023-cü ildə "Frieren: The Anthology – Journeys off the Beaten Path"[f] adlı tək cild formatında buraxılmışdır.[5]
"Madhouse" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyasının ilk mövsümü 29 sentyabr 2023-cü ildən 22 mart 2024-cü ilə kimi yayımlanmışdır.[6] İkinci mövsümün premyerası 2026-cı ilin yanvarında baş tutacaq.[7]
№ | Yaponca nəşr tarixi | Yaponca ISBN | ||
---|---|---|---|---|
1 | 18 avqust 2020[8] | 978-4-09-850180-9 | ||
2 | 16 oktyabr 2020[9] | 978-4-09-850181-6 | ||
3 | 18 dekabr 2020[10] | 978-4-09-850285-1 | ||
4 | 17 mart 2021[11] | 978-4-09-850490-9 | ||
5 | 16 iyul 2021[12] | 978-4-09-850634-7 | ||
6 | 18 noyabr 2021[13][14] | 978-4-09-850728-3 978-4-09-943096-2 (MN) | ||
7 | 17 mart 2022[15][16] | 978-4-09-850876-1 978-4-09-943104-4 (MN) | ||
8 | 17 iyun 2022[17][18] | 978-4-09-851148-8 978-4-09-943116-7 (MN) | ||
9 | 15 sentyabr 2022[19][20] | 978-4-09-851260-7 978-4-09-943119-8 (MN) | ||
10 | 16 mart 2023[21] | 978-4-09-851771-8 | ||
11 | 15 sentyabr 2023[22] | 978-4-09-852769-4 | ||
12 | 18 dekabr 2023[23] | 978-4-09-853030-4 | ||
13 | 17 aprel 2024[24] | 978-4-09-853233-9 | ||
14 | 18 mart 2025[25] | 978-4-09-854017-4 | ||
Aşağıdakı fəsillər "Weekly Shōnen Sunday" jurnalında nəşr olunsa da, tankobon cildi formatında nəşr olumayıb.