. Love.az

Fuad Elesgerov Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Fuad Elesgerov Siyasetci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Fuad Ələsgərov.

Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi (2017-ci ildən) və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri (1998–2017, 2019-cu ildən), Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri (2017–2019), 1-ci dərəcəli dövlət müşaviri.

Fuad Ələsgərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
25 aprel 1998 – 30 may 2017
PrezidentHeydər Əliyev
İlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri
31 may 2017 – 29 noyabr 2019
Prezidentİlham Əliyev
Əvvəlkiözü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi)
Vahid Əliyev (Prezidentin müdafiə məsələləri üzrə köməkçisi kimi)
Sonrakıözü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi)
Məhərrəm Əliyev (Hərbi məsələlər şöbəsinin müdiri kimi)
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri
22 avqust 1994 – 25 aprel 1998
PrezidentHeydər Əliyev
Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü
29 avqust 1990 – 22 avqust 1994
Şəxsi məlumatlar
Doğum tarixi 14 may 1959(1959-05-14) (66 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Atası Murtuz Ələsgərov
Təltifləri "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar hüquqşünası

Həyatı

redaktə

Fuad Murtuz oğlu Ələsgərov 1959-cu il mayın 14-də Şərur rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib.[1]

1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir.[2] Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.[3]

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.[4][5]

Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilmişdir.

Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə "Əməkdar Hüquqşünas" fəxri adı verilmişdir.[6]

Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərovun oğludur.

Qeydlər

redaktə

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ "ADMİNİSTRASİYA: Struktur: Ələsgərov Fuad Murtuz oğlu" (az.). president.az. 2014. 2015-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
  2. ↑ "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  3. ↑ "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  4. ↑ "Arxivlənmiş surət". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  5. ↑ "Arxivlənmiş surət". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  6. ↑ "Arxivlənmiş surət". 2018-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fuad_Ələsgərov_(siyasətçi)&oldid=8149800"
LOVE.AZ