Fyodor Qriqoryeviç Çernozubov (rus. Фёдор Григорьевич Чернозубов; 14 sentyabr 1863 – 14 noyabr 1919, Novoçerkassk) — Rusiya İmperator Ordusunun zabiti. 20 fevral 1915-ci ildə general-leytenant olmuşdur.
Fyodor Çernozubov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 sentyabr 1863(1863-09-14) |
Vəfat tarixi | 14 noyabr 1919(1919-11-14) (56 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-leytenant |
Komandanlıq edib | |
Döyüşlər |
O, 17 aprel 1901-ci ildən 10 dekabr 1902-ci ilə qədər Rusiya Qafqaz Ordusunda 1-ci Qafqaz kazak diviziyasının qərargah rəisi olmuşdur. 10 dekabr 1902-ci ildə Qafqaz qoşunlarının baş komandanı təyin edilmişdir. 30 iyul 1902-ci ildən 1 iyun 1906-cı ilə qədər İran kazak briqadasının süvari hazırlığının rəisi idi. 26 noyabr 1908-ci ildə Terek kazaklarının qərargah rəisi təyin olunmuşdur. O, hərbi kəşfiyyatla bağlı bir neçə məqalə dərc etmişdir.[1][2][3]