Görünməz şəhər (port. Cidade Invisível) — Braziliya fantastik televiziya serialıdır. Karlos Saldanha tərəfindən yaradılıb və ekran yazıçıları, həmçinin bestseller müəllifləri Rafael Drakkon və Karolina Munhoz ilə birlikdə işlənib hazırlanmışdır.[1] Baş rolda Marko Piqossi, ətraf mühit mühafizəsi polisi olan Erik obrazını canlandırır. Erik, həyat yoldaşının ölümünün arxasında duran sirri araşdırarkən, Rio-de-Janeyroda bir çimərlikdə tapılan ölmüş çəhrayı çay delfininin sirri ilə əlaqə tapmağa çalışır. Bu yolda, Braziliya folklorundan olan əfsanəvi varlıqların gizli dünyası ilə tanış olur.[2]
Görünməz şəhər | |
---|---|
Cidade Invisível | |
![]() | |
Janr | Fantaziya |
Əsaslanır | Rafael Drakkon və Karolina Munhozun original ideası |
Prodüser |
Fransesko Sivita Beto Qauss |
Yaradıcısı | Karlos Saldanha |
Ssenarist | Mirna Noqueira |
Rollarda |
Alessandra Neqrini Fabio Laqo Cessica Kors Cimmi London Uesli Quimares Aurea Maranhao Culia Konrad Taia Perez Manu Diequez Cose Dumont |
Bəstəkar |
Darren Solomon Kris Cordao |
İstehsalçı ölkə |
![]() |
Dil | Portuqal dili |
Mövsüm sayı | 2 |
Seriya sayı | 12 |
Seriya vaxtı | 31–40 dəqiqə |
Davametmə müddəti | 5 fevral 2021 – 22 mart 2023 |
İstehsalçı şirkət |
Prodigo Films BottleCap Productions Boipeba Filmes |
IMDb | ID8878862 |
Platforma | Netflix |
Serialın premyerası 5 fevral 2021-ci ildə Netflix-də baş tutdu.[3] 2 mart 2021-ci ildə, ilk mövsümün yayımlanmasından təxminən bir ay sonra Netflix serialı ikinci mövsüm üçün yenilədi və 22 mart 2023-cü ildə yayımlandı.[4] Serial Netflix tərəfindən ləğv edildi və üçüncü mövsümün baş tutmayacağı bildirildi.[5]
Ətraf Mühit Polis detektivi Erik (Marko Piqossi) Rio-de-Janeyroda çimərlikdə ölü şirin su çəhrayı delfin tapdıqdan sonra təhqiqata başlayırvə və insanların məlum olmayan mifik varlıqların yaşadığı dünyanı kəşf edir.[6] O, öz həyat yoldaşı Qabrielanın (Culiya Konrad) ölümü kimi müəmmalı ölümləri araşdırarkən, sehrli güclərə malik varlıqlar cəmiyyətini kəşf edir. Nəhayət, o, özünün yarı varlıq olduğunu və atasının hekayənin əvvəlində ölü tapdığı çay delfin ruhu Manaus (Viktor Sparapane) olduğunu öyrənir.
Erik və onun yeni tanış olduğu həmyerliləri ölü, itmiş anti-ekoloji şər adamın qaçmış ruhu olan Quru Bədənin Erikin qızı Lunaya (Manu Diqes) sahib olduğunu öyrənirlər. Quru Bədən qisas almaq üçün meşə varlıqlarını öldürür və Qabrielanın ölümünə görə məsuliyyət daşıyır. Daha güclü bədən axtaran Quru Bədən, Lunadan Erikə köçür və öldürmə şıltaqlığını davam etdirməyə çalışır. Lakin pis ruh başqalarını öldürməzdən əvvəl Erik Quru Bədəni öldürərək öz həyatını qurban verir. Final səhnəsində Erik müəmmalı şəkildə həyata qayıdır; və digər varlıqlar onu meşəyə apardıqca, onun tam bir varlıq kimi yenidən doğulduğuna işarə edilir.[7]
Görünməz şəhər müxtəlif rəylər aldı. Netflix izləyici və rəylərin sayı ilə bağlı məlumat paylaşmır. Ancaq What's on Netflix-ə görə, Görünməz şəhər 2021-ci il fevralın 13-də Braziliyada Netflix-in ən populyar tserialı olub və Fransa, Yeni Zelandiya və İspaniyada ilk 10-a düşüb. FlixPatrol-un verdiyi məlumata görə, həmin gün serialu 12 ölkədə ən populyar 10 seriya arasında yer alıb.[14]