. Love.az

Govheri Qadinefendi - Wikipedia - Love.az

Ana Səhifə - Govheri Qadinefendi

Gövhəri Qadınəfəndi (8 iyul 1856, Qudauta, Abxaziya Muxtar Respublikası – 6 sentyabr 1884, İstanbul) — 32-ci Osmanlı sultanı Əbdüləzizin beşinci xanımı.

Gövhəri Qadınəfəndi
امرأة جميلة
Şəxsi məlumatlar
Doğum adı امينه صوانبا
Doğum tarixi 8 iyul 1856(1856-07-08)
Doğum yeri
  • Qudauta, Abxaziya Muxtar Respublikası, Gürcüstan
Vəfat tarixi 6 sentyabr 1884(1884-09-06) (28 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Yeni Məscid
  • Sultan Mahmud türbəsi
Fəaliyyəti əsilzadə
Atası Saleh bəy Svatnba
Anası Şaziyə Tsanba
Həyat yoldaşı Əbdüləziz
Uşaqları Əsma Sultan
Mehmed Seyfəddin Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Mündəricat

  • 1 Həyatı
  • 2 Övladları
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Gövhəri xanım 1856-cı ildə Anapada dünyaya gəldi. Atası abxaz bəylərindən Saleh bəy Svatnba, anası isə Şaziyə Tsanba xanım idi. Əsl adı Əminə olan bu qızcığaz kiçik yaşlarından bacısı Fatma xanımla birlikdə Osmanlı sarayına təhvil verilmişdir. Sarayda Validə Pərtəvniyal Sultanın himayəsində mükəmməl təhsil almışdır. Uzun qıvrım saçları və mavi gözləri ilə tezliklə Sultan Əbdüləzizin diqqətini cəlb etdi və 1872-ci ildə cütlük Dolmabağça sarayında evləndi. Nikah mərasimində olduqca sadə görünən Gövhəri xanım sultandan üzük hədiyyəsi aldı. Evlilikdən bir il sonra qızı Əsma Sultanı, daha sonra isə oğlu Mehmed Seyfəddin Əfəndini dünyaya gətirdi.

Ərinin devrilməsinin ardından xeyriyyə işləriylə məşğul olan Gövhəri xanım 6 sentyabr 1884-cü ildə Ortaköy sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu.

Övladları

redaktə
  • Əsma Sultan (d. 21 mart 1873 — ö. 7 may 1899)
  • Mehmed Seyfəddin Əfəndi (d. 21 sentyabr 1874 — ö. 19 oktyabr 1927)

Mənbə

redaktə
  • https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey11.htm
  • https://books.google.com/books?BAAAAIAAJ

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gövhəri_Qadınəfəndi&oldid=7470595"
LOVE.AZ