. Love.az

Gulum Gulum Piri - Wikipedia - Love.az

Ana Səhifə - Gulum Gulum Piri

Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah.

Gülüm-gülüm piri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonu
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Gülüm-gülüm piri (Azərbaycan)
Nöqtə
Gülüm-gülüm piri

Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur. Elə bu vaxtı dağın gəlim-gülüm çağrışına qarşılıq acıqlı-acıqlı gəlirsən gəl deyir. Dağ gurultu ilə gəlib kəndi basır. Pir binasını XIV-XVI əsrlərə aid etmək olar.

Mənbə

redaktə
  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, səh.145-146  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gülüm-gülüm_piri&oldid=7407542"
LOVE.AZ