Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]
Kənd | |
Güllücə | |
---|---|
40°12′22″ şm. e. 44°41′37″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Qırxbulaq mahalı |
Rayon | Ellər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim «güllü, çiçəkli» mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur.
Kənddə 1873 - cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904 - cü ildə 516 nəfər, 1914 - cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. Sonradan azərbaycanlıların az bir hissəsi öz evlərinə dönə bilmişdir. Burada 1926-cı ildə ermənilərlə yanaşı 21 nəfər azərbaycanlı yaşamışdır[6].
1929-1930 - cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar. İndi burada ermənilər yaşayır.