. Love.az

Gulnare Qurbanova - Wikipedia - Love.az

Ana Səhifə - Gulnare Qurbanova

Gülnarə Şıxəli qızı Qurbanova (10 mart 1953) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Gülnarə Qurbanova
Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1953(1953-03-10) (72 yaş)
Partiya
  • Azərbaycan Milli İstiqlal Partiyası (1998–),
  • Sovet İttifaqı Kommunist Partiyası (–1991)
Təhsili
  • Bakı Musiqi Akademiyası
Atası Şıxəli Qurbanov

Həyatı

redaktə

Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir.

Fəaliyyəti

redaktə

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "I çağırış Azərbaycan Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gülnarə_Qurbanova&oldid=7761874"
LOVE.AZ