. Love.az

Gultekin Hacibeyli - Wikipedia - Love.az

Ana Səhifə - Gultekin Hacibeyli
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Gültəkin Yunis qızı Hacıbəyli (13 oktyabr 1973, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü.

Gültəkin Hacıbəyli
Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı
2000 – 2010
Seçki dairəsi2000 — 74 saylı Goranboy-Naftalan
2005 — 96 saylı Goranboy-Naftalan
ƏvvəlkiXanhüseyn Kazımlı (74 saylı)
Vəzifə təsis edildi. (96 saylı)
SonrakıVəzifə ləğv edildi. (74 saylı)
Mahir Aslanov (96 saylı)
Avropa Şurası Parlament Assambleyasının üzvü
2001 – 2010
Şəxsi məlumatlar
Doğum tarixi 13 oktyabr 1973(1973-10-13) (51 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti vəkil, hakim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Siyasi fəaliyyəti
  • 3 Mənbə
    • 3.1 İstinadlar

Həyatı

redaktə

Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir.

1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub.

1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.

Ailəsi

redaktə

Bir oğlu var.

Siyasi fəaliyyəti

redaktə

Azərbaycan Respublikası Milli Məclisinin (2-ci və 3-cü çağırış) deputatı seçilib. Deputatlıq dövründə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.

2011-ci ildən Ziyalılar Forumunun, 2013-cü ildən Demokratik Qüvvələrin Milli Şurasının və qurumun Koordinasiya Mərkəzinin üzvüdür.

Mənbə

redaktə
  • Azərbaycanın qadın siyasətçiləri

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gültəkin_Hacıbəyli&oldid=7758337"
LOVE.AZ