İbrahimova Gülzar Hidayət qızı (21 dekabr 1958, Aldərə, Meğri rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H. Zərdabi mükafatçısı.
Gülzar İbahimova | |
---|---|
Gülzar Hidayət qızı İbahimova | |
Təxəllüsü | Gülzar nənə |
Doğum tarixi | 21 dekabr 1958(1958-12-21) (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Nazim İbrahimov |
Uşaqları | Samir, Nigar |
Atası | Hidayət |
Anası | Gülsüm |
Təhsili | AzXTİ-nin (indiki İqtisadiyyat Universiteti) |
İxtisası | sənayenin planlaşdırılması |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 2000-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | uşaq ədəbiyyatı |
Janrlar | roman, povest, hekayə, nağıl, Mənsur şeir, təmsil, Tapmaca |
İlk əsəri | "Nağıllar" kitabı |
Üzvlüyü | |
Mükafatları | |
Yotube səhifəsi "Sehrli dünya" 89 min abunəçisi |
Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub[1]. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. (1965–1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ — nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir.
1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində çalışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000-dən çox gəncə rəhbərlik etmişdir. 1995-ci ildə Yasamal rayon İcra Hakimiyyətinə rayon Başçısının məsləhətçisi vəzifəsinə dəvət edilib və az müddətdən sonra İcra Hakimiyyəti mətbuat xidmətinin rəisi vəzifəsi ona həvalə olunub[2].
1998-ci ildə ixtisas üzrə işləmək istəyi Gülzar xanımı Bakı Əmtəəşünaslıq Universitetinə aparıb çıxarıb. Universitetdə dərs dediyi dövrdə Yasamal rayon Vergi idarəsinin hesabat şöbəsində çalışıb.
2003-cü ildə seçki kompaniyası zamanı Yasamal rayonu Secki Dairəsinə katib seçilib. Və eyni dövrdə məqalələrlə qəzet və jurnallarla əməkdaşlığa başlayıb. Yazdıqları oxucusunu tez tapdığını görüb mətbuat işini gücləndirir.
2004-cü ildən 2011 ilə qədər ANS PRESS Nəşriyyat evində çalışaraq BALA DİLİ jurnalı yarandığı gündən ona rəhbərlik edərək şef-redaktoru olub.
Hazırda "Kiçik Dünya" uşaqların maariflənməsinə kömək ictimai birliyinin təsisci və idarə heyətinin sədridir. İctimai Birliyin nəzdində açılmış "Sehrli Dünya" uşaq jurnalının baş redaktorudur. Uşaqları maarifləndirmə yolunda layihələr həyata keçirir. 2025-ci ilin 1 İyunun 1-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Xocalı, Laçın, Fizulidə yaşayan uşaqların görüşünə getməyə hazırlaşır.
Roman, povest, hekayə, nağıl, mənsur şeir, miniatür, şer, bayatı, təmsil, tapmaca, yumoristik hekayələr, mahnılar və bir çox səpgidə yazılar yazaraq uğurlu nəticələr əldə edir.
İlk kitabı (2000 ildə) "Nağıllar" kitabı nağılçıya yaradıcılıq yolu açıb.
Gülzar İbrahimova 100 dən çox kitabın müəllifidir. Yazıçı ilə Azərbaycanın bütün bölgələrində - liseylərdə, məktəblərdə, bağçalarda mütəmadi görüşlər keçirilir. (Ağdaş, Zərdab, Nefçala, Quba, Qusar, Kürdəmir, Biləsuvar, Şirvan, Lənkəran, kitabxanalarına kitablar hədiyyə edir. Yaratdığı "Sehrli dönya" jurnalının Youtube kanalının 96 000 min (doxsan altı min) abunəçisi və 30 milyon (otuz milyon) baxış sayı var. Orda uşaqlar üçün nağıllar, hekayələr, mahnılar, cizgi və video filmləri yerləşdirilib.
(gulzaribrahimova.com), (sehrlidunya.com) (gulzarnene.com) uşaq saytlarının təsisçisi, müəllifi və baş redaktorudur. Rəngarəng, maraqlı, səsli nağıllarla zəngin saytlar kiçik və böyük yaşlı uşaqlar üçün maraqlıdır. Uşaqların maariflənməsi və dünyagörüşünün artırılması üçün əhəmiyyətli layihələr həyata keçirir.
İbahimova Gülzar Hidayət qızı Yazıçılar arasında mənsur şeir yazarı kimi, uşaqlar arasında nağıl yazarı — "Gülzar nənə" kimi tanınır və sevilir. Uşaqlar üçün dəyərli layihələr həyata keçirir.
Gülzar İbrahimova həm də nəğməkar şairdir. Onun Sözlərinə yazılmış və milyonlarla baxış sayı toplamış mahnıları var. "Sülh nəğməsi", "Bağçamız", "Sağ ol, Ey Vətən", "Ana dilim", "Yağsana qar", "Gizlənpaç", "Yay gəldi", "Dünya gözəldir", "Şirin nənəm, əziz nənəm, can nənəm", "Qiymətlərim beş", "Gözəl Bakım", mahnıları Gülzar İbrahimovanın təşəbbüsü və səyi nəticəsində hazırlanmış, yayımlanmışdır. Hazırda mahnılar milyonlarla izləyici rəğbəti toplayıb.
Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasının üzvüdür. Həsənbəy Zərdabi mükafatçısı, AYB Prezident Təqaüdçüsüdür.
Gülzar İbrahimova müasir uşaq yazıçısı kimi Bakı Dövlət Universitetinin "Azərbaycan Uşaq Ədəbiyyatı" dərsliyinə salınıb.(2007-ci il) Müəllif professor Qara Namazov. Həmçinin əsərləri orta məktəb proqramlarının azərbaycan və rus dili bölmələrinə yerləşdirilib.
Tanınmış əsərləri 20 Yanvar faciəsinə həsr edilmiş "İlham və Fərizə", Xocalı faciəsinə həsr edilmiş "Evin kişisi" hekayəsi, Gəncə terroruna həsr edilmiş "Bir gecədə dəyişən arzu" hekayəsi, 6 Fevral Kahramanmaraşda baş vermiş zəlzələyə yazdığı "Mən böyüdüm, sən də böyü" povesti, Türkiyə qardaşlığına həsr edilmiş "Yeni il sirri" nağılı, "Sirusla Virusun macəraları" fantastik uşaq romanı, Babəkə həsr etdiyi "İgid oğlan haqqında nağıl," Atabəylər dövlətinin banisi İldəgiz haqqında "Çirkin qul" nağılı, Müqəddəs Quran haqqında yazdığı "Ən qiymətli hədiyyə" nağılı, Böyüklər üçün yazdığı, "Ağır cəza" romanı, "Səndən yoxmuş" mənsur şeirləri, "Bir zalım şah vardı"nağıl romanı, "Cığal baba" nağılı, "Dəcəı keçəl nağılı, "Su pərisi və balıqçı", "Dostlaşmış nağıllar" və digər əsərləri.
2024-cü ildə nəşr etdirdiyi Trolların sirri - yeniyetmələr üçün nağılı - Norveç nağıl qəhrəmanlarına həsr edilib, 100 səhifəlik nağıl kitabıdır. Bu nağıla görə müəllif Norveçdə yaşayan azərbaycanlı uşaqlar tərəfindən sevilib. Həmin il Norveçdəki Azərbaycan Evi yazıçı Gülzar İbrahimovanı Norveçə dəvət edib. Yazıçı səfər zamanı azərbaycanlılarla görüşüb. O, bir həftə ərzində Oslodakı Nizami Gəncəvi adına həftəsonu məktəbində, Norveçdəki Azərbaycan Evində, Oslonun tanınmış Deichman Björvika kitabxanasında, Beynəlxalq Uşaq İncəsənət Muzeyində (/The International Museum of Children's Art/) oxucuları ilə silsilə görüşlər keçirib. Hazırda Trolların sirri nağılı Osloda profesionallar tərəfindən tərcümə olunmaqdadır.
Təbrizdə çap olunmuş kitabları: "Uçan xalça", "Xovlu xalçanın sirri", Yalançı pəhləvan".
"Kiçik Dünya""Uşaqların maarifləndirilməsinə Kömək" İctimai Birliyinin təsisçisi və rəhbəridir. Bir yazıçı kimi Azərbaycan balalarının maariflənməsi yolunda yorulmadan çalışır.