. Love.az

Gumrude Kutlevi Qetl - Wikipedia - Love.az

Ana Səhifə - Gumrude Kutlevi Qetl

Gümrüdə kütləvi qətl — 2015-ci il yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və glini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb.[1]

Gümrüdə kütləvi qətl
Ümumi məlumatlar
40°47′00″ şm. e. 43°50′00″ ş. u.HGYO
Yeri
  • Gümrü
Tarix 12 yanvar 2015
Ölü sayı
  • 7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Qətli törədən şəxsin kimliyi
  • 2 Etiraz aksiyaları
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Qətli törədən şəxsin kimliyi

redaktə

Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Permyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub.

Etiraz aksiyaları

redaktə

Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, Yerevan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub.

Həmçinin bax

redaktə
  • 2015 Ermənistan etirazları

İstinadlar

redaktə
  1. ↑ "Gümrüdə ermənilər ruslara və hakimiyyətə qarşı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.

Xarici keçidlər

redaktə
  Vikianbarda Gümrüdə kütləvi qətl ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gümrüdə_kütləvi_qətl&oldid=7414925"
LOVE.AZ