. Love.az

Gunes Veliyeva - Wikipedia - Love.az

Ana Səhifə - Gunes Veliyeva

Günəş Məhərrəm qızı Vəliyeva (1953, Kirovabad) — hüquqşünas, Əməkdar dövlət qulluqçusu, Əməkdar hüquqşünas[1].

Günəş Vəliyeva
Doğum tarixi 1953
Doğum yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Kirov adına Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti hüquqşünas
Mükafatları "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Təltifləri və mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

Günəş Vəliyeva 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. İxtisasca hüquqşünasdır.[2]

Karyerası

redaktə

Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Elmi-tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda kiçik elmi işçi vəzifəsini icra edən kimi başlamışdır, sonra mütəxəssis, kiçik elmi işçi vəzifəsini icra edən vəzifələrində işləmişdir.

1977–1981-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işləmişdir.

1981–1993-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdrəsinin hüquq şöbəsində referent, aparıcı mütəxəssis, hüquqi ekspertiza şöbəsinin böyük referenti vəzifələrində çalışmışdır.

1993–1994-cü ilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi olmuşdur.

1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) hüquq şöbəsinin müdiridir.

Təltifləri və mükafatları

redaktə
  • III dərəcəli "Vətənə Xidmətə görə" ordeni — Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı.[3]
  • Əməkdar Hüquqşünas — Azərbaycan prezidenti İlham Əliyev Günəş Məhərrəm qızı Vəliyevaya "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında 15 dekabr 2014-cü il tarixli Sərəncamı.[4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycanın əməkdar hüquqşünasları kimlərdir?". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
  2. ↑ "Azərbaycan Respublikası Nazirlər Kabineti". 2020-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-13.
  3. ↑ "Azərbaycan Respublikasında Dövlət Qulluğunda Fərqlənən Şəxslərin Təltif Edilməsi Haqqında". 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
  4. ↑ "Günəş Vəliyevaya "Əməkdar Hüquqşünas" fəxri adı verildi". 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Günəş_Vəliyeva&oldid=6621914"
LOVE.AZ