Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.[2][3] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır.[4]
Günəşli | |
---|---|
39°30′56″ şm. e. 48°30′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur.[5] Kənd 2005-ci ildən Günəşli adlanır.
Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir. Çaylı, Ağayrı, İsmətli kəndləri ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 2551 | 1251 | 1300 |
2009[7] | ↗2916 | ↗1480 | ↗1436 |
Kənddə 616 təsərrüfat var. Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və maldarlıq təşkil edir.
2015-ci il iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[8]
Kənddə Günəşli kənd kitabxana filialı,[9] Günəşli kənd klubu[10] və Günəşli Poçt Agentliyi[11] fəaliyyət göstərir.
Kənddə Günəşli kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[12][13]
Kənddə Günəşli kənd məscidi yerləşir.[14]
Kənddə Günəşli kənd tibb məntəqəsi yerləşir.[15]