. Love.az

Gunesli Celilabad - Wikipedia - Love.az

Ana Səhifə - Gunesli Celilabad
Bu adın digər istifadə formaları üçün bax: Günəşli.
Bu adın digər istifadə formaları üçün bax: Pokrovka.

Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.[1] 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]

Günəşli
39°17′19″ şm. e. 48°34′11″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 6.176 nəf. (2009)
Xəritəni göstər/gizlə
Günəşli xəritədə
Günəşli
Günəşli

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır.[3]

Tarixi

redaktə

Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb.

Tarixi abidələri

redaktə

Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.[4]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6176 nəfər əhali yaşayır.[5]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
  3. ↑ Günəşli (Cəlilabad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Azərbaycanda rus icması[ölü keçid]
  5. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Günəşli_(Cəlilabad)&oldid=8143544"
LOVE.AZ