Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) — Oğuz türklərinin Bozox tayfa ittifaqının Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur.[1] O, Osmanlı imperiyasının banisi olan I Osmanın böyük qardaşıdır.[2]
Gündüz bəy | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1245 |
Doğum yeri | |
Vəfat tarixi | 1299 |
Atası | Ərtoğrul Qazi |
Anası | Həlimə Xatun |
Uşaqları |
Əskişəhərdə sancaqbəyi olmuşdur. O, həm də Osmanlı imperiyasının ilk subaşısıdır. Aydoğdu bəy və Aktemur bəy adlı iki övladı olmuşdur.
Gündüz bəy 1299-cu ildə baş vermiş olan İnəgölün tutulması zamanı vəfat etmişdir.
1988-ci ildə TRT 1-də yayımlanmış olan Türk serialı "Osmancıq"da Eşref Kolçak tərəfindən canlandırılmış, 2014-2019-cu illər arasında yenə də TRT 1-də yayımlanmış olan, Diriliş Ərtoğrul serialında isə uşaqlıq dövrünü Yaman Tümen, gənclik dövrünü isə Arif Diren canlandırmışdır.
Axırıncı dəfə isə, hal-hazırda ATV -də yayımlanmış olan Quruluş Osman adlı serialda isə Emre Başalak tərəfindən canlandırılmışdır.[3]