. Love.az

Gunel Imran - Wikipedia - Love.az

Ana Səhifə - Gunel Imran
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 28 gün əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (yanvar 2025)

Günel İmran (tam adı: Yusifova Günel İmran qızı; 1983, Bakı) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Günel İmran
Yusifova Günel İmran qızı
Doğum tarixi 1983
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
İxtisası Müəssisələrin təşkili və idarə olunması
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 2009–indiki dövrə qədər
Əsərlərinin dili Azərbaycan dili
Janrlar Roman, povest, uşaq ədəbiyyatı, esse
İlk əsəri "Məni kim öldürdü?!" (2014)
Tanınmış əsərləri Məni kim öldürdü?!, Ömər, Maya və ifritənin büllur ürəyi
Üzvlüyü Azərbaycan Yazıçılar Birliyi
Mükafatları

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
    • 2.1 Kitabları
    • 2.2 Esseləri
  • 3 İstinadlar

Həyatı

redaktə

Günel İmran 1983-cü ildə Bakı şəhərində anadan olub.[1] Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.[2] 2012–2016-cı illərdə "Müəssisələrin təşkili və idarə olunması" ixtisası üzrə doktorantura təhsili alıb.[3]

Yaradıcılığı

redaktə

Günel İmran 2009-cu ildən etibarən peşəkar ədəbi yaradıcılıqla məşğuldur.[4] 2010-cu ildən hekayə və esseləri müntəzəm olaraq kütləvi informasiya vasitələrində çap olunur. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.

İlk kitabı olan "Məni kim öldürdü?!"[5] 2014-cü ildə "Qanun" nəşriyyatında çap edilib.[6] 2015-ci ildə "Qapqara günəş" adlı povesti işıq üzü görüb.[7]

O, 2015-ci ildən etibarən uşaq ədəbiyyatı janrında da əsərlər yazmağa başlayıb.[8] 2016-cı ildə "Maya və ifritənin büllur ürəyi" sehrli nağıl kitabı çap olunub. 2022-ci ildə isə onun davamı olan "Maya və beşbaşlı ilan" kitabı nəşr edilib.[9] 2024-cü ildə "Maya elfler diyarında" adlı kitabı Türkiyədə, Türk Edebiyatı Vakfı tərəfindən çap edilib.[10]

2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.[11]

2018-ci ildə Xalq rəssamı, heykəltəraş Ömər Eldarov haqqında "Ömər" romanını yazıb. Əsər sənətkarın həyat yolunu bədii şəkildə əks etdirir.

Kitabları

redaktə
  • "Məni kim öldürdü?!" (2014)
  • "Qapqara günəş" (2015)
  • "Maya və ifritənin büllur ürəyi" (2016)
  • "Ömər" (2018)
  • "Maya və beşbaşlı ilan" (2022)
  • "Maya elfler diyarında" (2024)

Esseləri

redaktə
  • Con Dann və zamanla bir təcrübə
  • "Tərsinə" romanı və dekadentin gündəliyi
  • Rolan Bart – Müəllifi öldürən adam
  • Emil Zolya və naturalizm
  • Nəcib Məhfuz – iki sivilizasiyanın oğlu
  • Yazıçı və zamanın ruhu
  • Hiperreal dünya
  • Ruhumuzun bahar fəsli
  • Bu dünyada uşaq olmaq

İstinadlar

redaktə
  1. ↑ "Qanun.Az | Kitablar | Ədəbiyyat". www.qanun.az (az.). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-30.
  2. ↑ "Nəşrlərin siyahısı". khazar.org (ingilis). 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-30.
  3. ↑ "\"Qanun\" nəşriyyatı yeni kitablar çap edib". www.avanqard.net. 2024-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-30.
  4. ↑ "Günel İmran - Qapqara Günəş". www.ayb.az (az.). 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-30.
  5. ↑ "Günel İmranın". www.avanqard.net. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-30.
  6. ↑ "Maya və beşbaşlı ilan". alinino.az (az.).
  7. ↑ "Ömər Eldarovdan bəhs edən roman nəşr olundu". Kulis.az (az.).
  8. ↑ "Maya və beşbaşlı ilan". bakubookcenter.az (rus).
  9. ↑ "Günel İmranın hekayəsi Qazaxıstanın ədəbiyyat portalında". azertag.az (az.).
  10. ↑ "Aydın Yol / Günel İmranın hekayəsi Qazaxıstan ədəbiyyat portalında". aydinyol.aztc.gov.az (az.). 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-30.
  11. ↑ "Гюнель Имран. Филин". Литературный портал (rus). 12 oktyabr 2022. 2025-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Günel_İmran&oldid=8127210"
LOVE.AZ