. Love.az

Gurcu Milli Surasi - Wikipedia - Love.az

Ana Səhifə - Gurcu Milli Surasi

Gürcü Milli Şurası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Bakıda fəaliyyət göstərən milli şuralardan biri.

Mündəricat

  • 1 Haqqında
  • 2 Xarici keçidlər
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Haqqında

redaktə

1918-ci ilin aprelində gürcü icması tərəfindən yaradılmışdı. Şura Bakıda yaşayan gürcülər arasında geniş mədəni-maarif işi aparmış, o cümlədən gürcü məktəbi açmış, öz soydaşlarına himayədarlıq etmiş, imkan daxilində hər cür yardım göstərmişdi. Şuranın sədri Konstantin Dimitriyeviç Mikeladze idi. Sayca az olmalarına baxmayaraq, ölkədə yaşayan gürcülərin mənafeyini təmsil etdiyi üçün Gürcü Milli Şurasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə 1 nəfər deputat (Tsxokaya Qriqori İvanoviç) daxil edilmişdi. Erməni Milli Şurasında fərqli olaraq, Gürcü Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq fəaliyyətində iştirak etməmişdir.[1]

Xarici keçidlər

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, səh. 402" (PDF). 2015-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gürcü_Milli_Şurası&oldid=6995438"
LOVE.AZ