. Love.az

Gurcustan Demokratik Respublikasi - Wikipedia - Love.az

Ana Səhifə - Gurcustan Demokratik Respublikasi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.


Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Cümhuriyyəti və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur.

Demokratik Respublika
Gürcüstan Demokratik Respublikası
საქართველოს დემოკრატიული რესპუბლიკა
Bayraq Gerb
Bayraq Gerb
Gürcüstan Demokratik Respublikasının iddia etdiyi ərazilər
Gürcüstan Demokratik Respublikasının iddia etdiyi ərazilər
← 
 →
26 may 1918 — 18 mart 1921

Paytaxt Tiflis
Dil gürcü dili, rus dili, erməni dili, Abxaz dili, Azərbaycan dili, yunan dili, Osetin dili, Svan dili, Meqrel dili, Laz dili
Rəsmi dilləri Gürcü dili
Ərazisi 107.600 km²
Əhalisi 2.500.000
İdarəetmə forması Unitar dövlət, parlamentli respublika
Rəhbər
 • 1918–1921 Noe Ramişvili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.

Həmçinin bax

redaktə
  • Ermənistan Demokratik Respublikası
  • Azərbaycan Demokratik Respublikası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gürcüstan_Demokratik_Respublikası&oldid=7157080"
LOVE.AZ