. Love.az

Gurcustanda Prezident Seckileri 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Gurcustanda Prezident Seckileri 2024

Gürcüstanda prezident seçkiləri — Gürcüstanın seçki qanunvericiliyinə əsasən, 2024-cü ilin oktyabrında gözlənilən prezident seçkiləri.[2] Bu, Gürcüstanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra doqquzuncu prezident seçkiləri olacaq. Prezident 5 il müddətinə seçilir.

← 2018  Gürcüstan  Növbəti →
Gürcüstanda prezident seçkiləri
14 dekabr 2024
Namizəd Mixail Kavelaşvili
Partiya Xalqın Gücü
Koalisiya Gürcü Arzusu
Səslər 224[1]
(100%)

2017-ci ildə qəbul edilən və prezidentin səlahiyyətlərini azaldan Konstitusiyaya əsasən, bundan əvvəlki seçkilər sonuncu birbaşa prezident seçkiləri olub.[3] Artıq bu seçkilərdə parlamentin yarısından və eyni sayda regional nümayəndədən ibarət Seçicilər Kollegiyasının 300 üzvü səs verəcək. Ən azı 15 il Gürcüstanda yaşayan 40 yaşdan yuxarı Gürcüstan vətəndaşı prezident seçilə bilər ("seçkilərə qədər son üç il ərzində ölkədə yaşamaq tələbi" götürülüb).[4]

İstinadlar

redaktə
  1. ↑ Nominally uncontested; opposition parties did not participate in the vote
  2. ↑ "Georgia's next election will be referendum for or against Europe: President Zourabichvili". 2024-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-02.
  3. ↑ "Новая Конституция Грузии вступила в силу". Civil.ge (rus). 2018-12-17. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
  4. ↑ "Основные пункты новой Конституции Грузии". Civil.ge (rus). 2017-09-27. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gürcüstanda_prezident_seçkiləri_(2024)&oldid=7893816"
LOVE.AZ