Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.[2] 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur.
Gələcək Azərbaycan Partiyası | |
---|---|
![]() | |
Sədri | Ağasif Şakiroğlu |
Quruluş tarixi | 23 fevral 2014 |
Qeydiyyat tarixi | 15 dekabr 2020 |
Sələfi | Açıq Cəmiyyət Partiyası |
İdeologiya | Liberalizm, milli-demokratiya |
Üzvlüyü | Azərbaycan Xalq Hərəkatı (2018) |
Gənclər təşkilatı | Gələcək Azərbaycan Partiyası Gənclər təşkilatı |
Üzv sayı | 5 788[1] (2023) |
Şüar | Gələcəyini düşünənlərin partiyası |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | gap.org.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Gələcək Azərbaycan Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur.[3]
20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. Beləliklə, GAP bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazırkı sədri Ağasif Şakiroğludur.[4]
Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır.[5] 2016-cı il referendum seçkilərini, həmçinin 2018-ci il aprel ayında keçirilmiş növbədənkənar prezident seçkilərini boykot etmiş və nəticələrini tanımamışdır. 2020-ci il 9 fevral tarixinə elan edilmiş növbədənkənar parlament seçkilərində partiya bir namizədlə qatılmış. Bu şəxs partiyanın sədri Ağasif Şakiroğlu olmuşdur. Partiya sədri 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd irəli sürülmüşdür. [6]
Seçkinin rəsmi nəticələrinə əsasən A.Şakiroğlu 1194 səs toplayaraq 2-ci yeri tutmuşdur. Partiya seçkilərin total saxtakarlıqla keçdiyini bəyan etmiş, seçkinin 8 saylı Binəqədi birinci seçki dairəsində real qalibinin məhz Ağasif Şakiroğlu olduğunu bəyan etmişdir.
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2024 | 1387 | 9% | - |
Vikianbarda Gələcək Azərbaycan Partiyası ilə əlaqəli mediafayllar var. |