Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi.
Gənələr | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Yarımsinif: Gənələr |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKQQ xəstəliyi gənə dişləməsindən 1–3 gün içində (ən çox 9 gün) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə qədər davam edir. Əksəriyyətlə qaraciyər, böyrək və ağciyər qeyri-kafiliyə gətirib çıxarıb %50 nisbətində öldürücü olmaqdadır. Gənədən qorunmaq üçün açıq və yaşıllıq sahələrdə bədəni tamamilə örtəcək geyimlər geyilməli və açıq rəngli paltarlar seçim edilməlidir. Gənələrin bədənə girə biləcəyi açıqlıqların bağlanılması əhəmiyyətlidir. Çöl sahələrə gedildiyində bədənin açıqda qalan qisimlərinə repellent olaraq bilinən böcək qovucu maddələrin sürtülməsi, gənələrin bir neçə saat bədənə yaxınlaşmalarını maneə törətməkdədir. Bədən gənə cəhətdən tez-tez nəzarət edilməli, gənə varsa bir pens və ya maqqaşla, gənənin dəriyə yapışdığı yerdən tutulub sağa sola oynadılaraq mismar çıxarar kimi çıxarılmalıdır. Gənə bədəndən nə qədər qısa müddətdə çıxarılsa, xəstəlik riski də o qədər azalmaqdadır. Heyvan sahibləri heyvanlarını və sığınacaqlarını gənələrə qarşı üsuluna görə dərmanlamalı.
Dünyada 50 mindən çox, o cümlədən Azərbaycanda 1301 gənə növü (171 fəsilə) məlumdur. Gənələr yarımsinifi iki dəstəüstüyə bölünür: 1 Acariformes və ya Actinotrichida və 2) Parasitiformes və ya Anactinotrichida. Acariformes dəstəüstüyə 4 dəstə daxildir: 1) Tarsonemida; 2) Oribatida; 3) Acaridida; 4) Actinedida. Parasitiformes dəstəüstüyə də 4 dəstə daxildir: 1) Gamasida; 2) İxsodida; 3) Holothyrida; 4) Opilioacarida.
Azərbaycan faunasında təmsil olunmuş gənə növlərinin içində 1 cins və 59 növ milli endem, 61 növ Qafqaz endemi, 228 relikt növdür.
Yarımsinifin nümayəndələri müxtəlif həyat tərzinə malik olan xırda və orta ölçülü hörümçəkkimilərdir (0,1–30 mm). Rəngləri müxtəlifdir: ağ, qara, yaşıl, sarı, narıncı, darçını, qonur-qırmızı və boz olur. Örtükləri nazik və ya möhkəm qalxancıqlarla örtülüdürlər. Gənələr müxtəlif cür buğumlaşmış bədənə malikdirlər. Bu qrupda şoxlu miqdarda buğumlara malik olan və bununla bövlərə oxşarlıq təşkil edən formalardan başlamış yalançı əqrəblərin, otbiçənlərin və hörümçəklərin buğumlaşma xarakterinə yaxınlaşan formalara qədər bütün keçid formaları müşahidə edilir. Çox hallarda gənələrin bədəni ümumiyyətlə buğumlaşmamışdır. Xeliserlərin və pedipalpların buğumları adətən az-çox hərəkətli başcığa və ya xortuma birləşmişdir. Xeliserlər qısqacvarıdırlar və ya sorucu ağız aparatının tərkibinə daxildirlər. Gənələrin bir qismi tənəffüs orqanlarından məhrumdur, lakin əksəriyyəti traxeyalarla tənəffüs edir. Gözləri 1–2 cütdür; çoxunun gözü olmur. Mədələri kisəşəkillidir, qansoran formalarda kor çıxıntılarla təchiz olunub. Kor çıxıntılar qanla dolur, bu da bədənin köpməsinə səbəb olur. Ifrazat orqanları malpigi boruları ilə təmsil edilib. Bəzi gənələrdə koksal vəziləri də var. Qansoran gənələrdə sekretı qanın laxtalanmasına mane olan tüpürcək vəziləri var. Bəzi fəsilələrin nümayəndələri tor ifraz edirlər. Tor vəzilərin axarları pedipalplarda açılır. Gənələr üçün cinsi dimorfizim xasdır. Əksər hallarda dişi fərdin mayalanması spermatoforun köməyi ilə həyata keçirilir. Ancaq bəzi formaların erkəklərində həqiqi kopulyativ orqanı var.
Gənələrin əksəriyyəti yumurta qoyur, bir qismi isə diri doğanlardır. Sürfələr altıayaqlıdırlar. Nimfa yetkin fərd kimi 4 cüt ayağa malikdir, ancaq cinsi dəlikdən məhrumdur. Adətən bir neçə nimfa mərhələsi mövcuddur.
Gənələr dünyanın hər yerində yayılmışdır. Əsasən quruda, bir qismi dəniz, çay, göllərdə, bulaqlarda, bəzən bataqlıqlarda yaşayır. Gənələrin içində yırtıcılar, saprofaq, mikofaq, fitofaq, cücülərin, quruda yaşayan yengəc və qarınayaqlı molyuskların kommensalları, buğumayaqlıların, dəritikanlıların, suda-quruda yaşayanların, sürünənlərin, quşların və məməlilərin ekto- və endoparazitləri var.
Bir çox gənələr (zirehli gənələr, raqidiidlər, kunaksidlər) torpağın törəmə prosesində iştirak edirlər. Gənələrin içində transmissiv xəstəliklərin (ensefalitlər, babasilli isitmələr və s.) törədicilərin, o cümlədən virus, rikketsiya, bakteriya, spiroxetlərin, anaplazmaların, piroplazmaların keçirənləri və bəzi lentşəkilli qurdların aralıq sahibləri var.
Bir çox bitkiyeyən gənə (tetranixoid, fir gənələri və bir sıra akarid, oribatid və tideid gənələri) kənd təsərrüfatı bitkilərinin təhlükəli ziyanvericiləridirlər;bəzi tetranixid və fir gənələri bitki virusların keçiriciləridirlər. Anbar gənələri taxıl və taxıl məhsullarını korlayırlar, müxtəlif qida məhsullarının, məsələn, pendirin, qəhvənin və ilaxır korlanmasına səbəb olurlar.
Bir çox gənə (qoturluq gənələri, lələkyeyən gənələr, demodisid gənələr və s.) insan və heyvanlarda ağır xəstəliklər törədirlər. Yırtıcı gənələrin arasında ziyanverici gənələrlə və başqa xırda buğumayaqlılarla qidalanan çoxsaylı növlər var. Onlardan bəziləri mədəni bitkilərin ziyanvericilərə qarşı bioloji üsulla mübarizədə müvəffəqiyyətlə istifadə olunur.
Torpaqda yaşayan gənələr torpağın və ümumiyyətlə ətraf mühitin vəziyyətinin indikatorlar kimi istifadə oluna bilərlər.
Gənələr qazıntı vəziyyətdə Şotlandiyanın Devonundan məlumdurlar (Nanorchestidae, Pachygnathidae, Alicorhagiidae, Tydeidae fəsilələri).