. Love.az

Gence Qarabag Eyaleti - Wikipedia - Love.az

Ana Səhifə - Gence Qarabag Eyaleti

Gəncə-Qarabağ əyaləti — (Vilâyet-i Gence Karabağ) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Gəncə şəhəri idi.

Mündəricat

  • 1 Gəncə-Qarabağ əyaləti (1588-1606)
  • 2 Gəncə-Qarabağ əyaləti bəylərbəyləri
  • 3 Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti (1727-1734)
  • 4 Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti bəylərbəyləri
  • 5 Qəzaları
  • 6 İstinadlar

Gəncə-Qarabağ əyaləti (1588-1606)

redaktə

1593-cü il tarixli icmal dəftəri qeydlərinə görə Gəncə-Qarabağ əyaləti 7 sancağa bölünürdü. Gəncə sancağı, Bərdə sancağı, Xaçın sancağı, Axıstabad sancağı, Dizaq sancağı, Həkəri sancağı, Vərəndə sancağı. Sancaqlar öz növbəsində nahiyələrə bölünürdü.[1][2]

Gəncə-Qarabağ əyalətinin inzibati quruluşu
Gəncə sancağı
1. Gəncə nahiyəsi
2. Gəncə Aranı nahiyəsi
3. Dağlıq Gəncə nahiyəsi
4. Şəmkir Aranı nahiyəsi
5. Dağlıq Sunqur nahiyəsi
6. Kürəkbasan Aranı nahiyəsi
7. Şütür nahiyəsi
8. Danqı nahiyəsi
9. Zəyəm Aranı nahiyəsi
10. Yevlaq nahiyəsi
11. Tavus nahiyəsi
12. Dəmirhəsən nahiyəsi
Bərdə sancağı
1. Bərdə nahiyəsi
2. Sir nahiyəsi
3. Pətəklik nahiyəsi
4. İncərud nahiyəsi
Xaçın sancağı
1. Xaçın nahiyəsi
2. Qaraağac nahiyəsi
3. Ağcabədi nahiyəsi
4. Dağlıq Çelaberd nahiyəsi
5. Çelaberd nahiyəsi
6. Qarqar nahiyəsi
7. Mağavuz nahiyəsi
Axıstabad sancağı
1. Böyükçay nahiyəsi
2. Quzey nahiyəsi
3. Güney nahiyəsi
4. Dağlıq İncə nahiyəsi
5. İncə nahiyəsi
Dizaq sancağı
1. Arasbar nahiyəsi
2. Dağlıq Dizaq nahiyəsi
3. Dizaq nahiyəsi
Həkəri sancağı
1. Keştasf nahiyəsi
2. Həkəri nahiyəsi
3. Zarıs nahiyəsi
4. Alpaut nahiyəsi
Vərəndə sancağı
1. Vərəndə nahiyəsi

Gəncə-Qarabağ əyaləti bəylərbəyləri

redaktə
  • Çərkəz Heydər paşa (1588-1590 Oktyabr)
  • Davud paşa (Oktyabr 1590-1594 Aprel)
  • Mahmud paşa (Aprel 1594-1596)
  • Mustafa paşa (1598)
  • Osman paşa (1596-1600)
  • Məhəmməd paşa (1606)

Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti (1727-1734)

redaktə

Gəncə-Qarabağ əyaləti 8 livaya (sancağa) bölünürdü.

  • Gəncə livası,
  • Bərdə livası,
  • Xılxına livası,
  • Bərgüşad livası,
  • Çuləndər livası,
  • Arazbar livası,
  • Qarabağ livası,
  • Bərgüşad livası əvvəl İrəvan əyalətinin tərkibində olmuş sonra isə Gəncə Qarabağ əyalətinə verildi.

Gəncə-Qarabağ əyaləti 1344 kənd və məzradan ibarətdi.[3]

Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti bəylərbəyləri

redaktə
  • Məhəmməd Paşa (1724-15 iyun 1725)

Qəzaları

redaktə
  • Gəncə qəzası

İstinadlar

redaktə
  1. ↑ «Ҝәнҹә-Гарабағ әјаләтинин муфәссәл дәфтәри» Arxivləşdirilib 2021-05-19 at the Wayback Machine (latın əlif. «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»). Bakı, "Şuşa" nəşriyyatı, 2000. «Ön söz» (kiril əlif. «Өн сөз»), Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 2 avqust 1999-cu il. səh. 3-22.  (az.)
  2. ↑ Gence-Karabağ eyaletinin Mufassal Defteri. İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tahrir Defterleri, 903.
  3. ↑ "Arxivlənmiş surət". 2017-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gəncə-Qarabağ_əyaləti&oldid=7408366"
LOVE.AZ