. Love.az

Gence Dovlet Kukla Teatri - Wikipedia - Love.az

Ana Səhifə - Gence Dovlet Kukla Teatri

Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır.[1]

Gəncə Dövlət Kukla Teatrı
Xəritə
Ümumi məlumatlar
Teatrın tipi Kukla teatrı
Əsası qoyulub 18 sentyabr 1986
Teatr binası
Memarlıq üslubu Eklektika
Tikilib 1902
Heyət
Direktor Fərmail Paşayev
Yerləşməsi
40°40′14″ şm. e. 46°21′39″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Yerləşir Azərbaycan Azərbaycan, Gəncə şəhəri
Ünvan Əhməd Cəmil küçəsi, 105
Telefon (022) 267-16-10
Gəncə Dövlət Kukla Teatrı xəritədə
Gəncə Dövlət Kukla Teatrı
Gəncə Dövlət Kukla Teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Teatr binası
  • 2 Gəncə Dövlət Kukla Teatrnın yaradıcı heyət
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.[1][2]

Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir.[3]

Teatr binası

redaktə

Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur.

Ümumi sahəsi 650 m2-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilir.[2]

Gəncə Dövlət Kukla Teatrnın yaradıcı heyət

redaktə

Rejissorlar

  • Şamil Məmmədli — quruluşçu rejissor

Rəssamlar

  • Əntiqə Bədirova — baş rəssam
  • Sara Məmmədova — quruluşçu rəssam

Əməkdar artist

  • Xudayət Əsgərov

Aktyorlar

  • Səməd Xanəhmədov
  • Elmar Vəliyev
  • Nahidə Namazova
  • Mahirə Haqverdiyeva
  • Yeganə Məmmədova
  • Nərmin Şərifova

İstinadlar

redaktə
  1. ↑ 1 2 ganja.az. "Gəncə Dövlət Kukla Teatrı" (az.). 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  2. ↑ 1 2 ganja.mctgov.az. "Gəncə Dövlət Kukla Teatrı" (az.). 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  3. ↑ portal.azertag.az. "Gəncə Dövlət Kukla Teatrı" (az.). 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.

Həmçinin bax

redaktə
  • Gəncə Dövlət Dram Teatrı
  • Gəncə Dövlət Filarmoniyası
  • Azərbaycan teatrlarının siyahısı

Xarici keçidlər

redaktə
  • Gəncə Dövlət Kukla Teatrı (GDKT) — azteatr
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gəncə_Dövlət_Kukla_Teatrı&oldid=7854021"
LOVE.AZ