. Love.az

Gence Dairesi - Wikipedia - Love.az

Ana Səhifə - Gence Dairesi

Gəncə dairəsi və ya Gəncə mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.

Gəncə dairəsi
Ölkə
  •  Azərbaycan SSR
Tarixi və coğrafiyası
Yaradılıb 8 aprel 1929
Ləğv edilib 8 avqust 1930
Gəncə dairəsi 1930-cu ilin yanvar–avqust aylarında
Gəncə dairəsi 1930-cu ilin yanvar–avqust aylarında

Tarixi

redaktə

Gəncə dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır.[1] Gəncə və Qazax qəzalarını əvəz etmişdir.

SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Gəncə dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 История государства и права Азербайджанской ССР (1920–1934 гг.). Баку: Элм. 1973. səh. 410–412.

Xarici keçidlər

redaktə
  • "İnzibati-ərazi vahidləri" (PDF). Prezident Kitabxanası. 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gəncə_dairəsi&oldid=8042869"
LOVE.AZ