. Love.az

Gencede Yak 40 Qezasi - Wikipedia - Love.az

Ana Səhifə - Gencede Yak 40 Qezasi

Yak-40 qəzası — 15 may 1997-ci ildə baş vermiş aviasiya qəzası.

Gəncədə Yak-40 qəzası
Ümumi məlumatlar
Tarix 15 may 1997
Yer
  • Gəncə Beynəlxalq Hava Limanı
Ölkə
  •  Azərbaycan
Ölü sayı
  • 6
Havayolu şirkəti
  • Azərbaycan Hava Yolları
İstiqamət Gəncə Beynəlxalq Hava Limanı
Uçuş nömrəsi Gəncə Beynəlxalq Hava Limanı
4K-87504

AZAL-ın (Azərbaycan Hava Yolları) Yak-40 təyyarəsi Milli Aviasiya Akademiyasında təhsilini başa vurmuş pilotlar üçün uçuş icazəsi almaq məqsədilə Gəncə səmasında təlim uçuşu həyata keçirirdi. Həmin gün bir qrup Azərbaycan hərbçisi atış təlimləri keçirib poliqondan magistral yol ilə kazarmaya qayıdırdı. Yol nişanlarına pulemyotlardan atəş açaraq əylənən əsgərlərdən biri həmin an peyda olan və eniş edən təyyarə istiqamətinə atəş açıb. Təyyarənin təzyiqli oksigen çənlərinə iki güllənin dəyməsi nəticəsində başlayan yanğın sürətlə sərnişin salonuna və arxa gövdəyə yayılıb. Nəticədə təyyarə idarəetməni itirib, dik eniş edərək yerə çırpıldıqdan sonra tamamilə parçalanıb və yanıb. Təyyarə hava limanının uçuş-enmə zolağından 5160 m aralıda, şəhərin yaşayış massivindəki boş sahəyə düşüb. Təyyarədə olan 6 ekipaj üzvünün hamısı (uçuş nəzarətçisi-komandiri, təyyarə komandiri, bort mühəndisi və 3 köməkçi pilot) həlak olub.[1]

Mündəricat

  • 1 Təyyarə
  • 2 Ekipaj
  • 3 Hadisələrin xronologiyası
  • 4 Araşdırma
  • 5 İstinadlar
    • 5.1 Ədəbiyyat

Təyyarə

redaktə

Yak-40 (qeydiyyat nömrəsi 4K-87504, zavod 9510640) 1975-ci ildə istehsal edilmişdir.[1]

Ekipaj

redaktə

Təyyarənin ekipajı 6 nəfərdən[2][3] (uçuş nəzarətçisi-komandiri, təyyarə komandiri, bort mühəndisi və 3 köməkçi pilot) ibarət idi:

  • Əliyev Tanrıverdi Qədir oğlu;
  • Həsənov Fərhad Ələddin oğlu;
  • Əliyev Namiq Muxtar oğlu;
  • Abbasov Rauf Faiq oğlu;
  • Cəfərov Valeh Vaqif oğlu;
  • İbrahimov Salman Nazim oğlu.

Ekipaj üzvləri Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Onların məzarları üzərində xatirə abidəsi ucaldılıb.[3]

Hadisələrin xronologiyası

redaktə

1997-ci il mayın 15-də Milli Aviasiya Akademiyasında təhsilini başa vurmuş pilotlar üçün uçuş icazəsi almaq məqsədilə Azərbaycan Hava Yollarının Yak-40 təyyarəsinin ekipajı Gəncə səmasında təlim uçuşu həyata keçirirdi. Uçuş məqbul meteoroloji şəraitdə gün ərzində dairəvi şəkildə həyata keçirilib. Ekipaj 4 uçuş həyata keçirmişdi, onlardan üçü eniş, biri isə dolaşmaq məqsədli idi.[1]

Həmin gün bir qrup Azərbaycan hərbçisi təyyarənin 4-cü uçuşunun ərazisində yerləşən poliqonda atış təlimləri keçirib. Magistral yol ilə poliqondan kazarmaya qayıdan əsgərlər yol nişanlarına pulemyotlardan atəş açaraq əylənməyə başlayıblar və onlardan biri həmin anda 4-cü uçuşu yerinə yetirən Yak-40 təyyarəsi istiqamətində atəş açmağa başlayıb. Güllələr oksigen çənlərinə dəyib və sürətlə yayılan yanğının başlamasına səbəb olub. Yanğın sürətlə sərnişin salonuna və gövdənin quyruq hissəsinə keçərək təyyarənin uzununa olan idarəetməni itirməsinə səbəb olub.[1]

Bundan sonra təyyarə qəfil dik enişə keçib və yerə çırpılaraq tamamilə dağılıb və yanıb. Qəza uçuş-enmə zolağının sonundan 5160 metr məsafədə və eniş xəttindən 93 metr sola doğru baş verib. Göyərtədə olan altı ekipaj üzvünün hamısı həlak olub. Təyyarə şəhərin yaşayış olan hissəsindəki boş sahəyə çırpılan an, 70 dərəcə bucaq altında burnu aşağı vəziyyətdə idi və eniş konfiqurasiyasında (şassilər açıq, flapslar 35 dərəcə, stabilizator isə +1.2–1.5 dərəcə mövqedə) idi.[1]

Araşdırma

redaktə

Təyyarə qəzasını araşdıran komissiya aşağıdakı nəticəyə gəlib:[1]

Nəticə
  • Qəza, enişə yaxınlaşma zamanı uzununa idarəetmənin itirilməsi və ardınca təyyarənin burun aşağı əhəmiyyətli bucaq altında yerə çırpılması nəticəsində baş vermişdir. Bu isə yanacaq, hidravlik və elektrik sistemlərinin yerləşdiyi zonada stasionar oksigen balonlarının atəş nəticəsində zədələnməsi səbəbilə bortda yüksək intensivlikli yanğının yaranması və sürətlə yayılması ilə bağlı olmuşdur.
  • Uzununa idarəetmənin itirilməsi və ardınca kəskin dalışa keçid aşağıdakı amillərdən biri və ya onların birgə təsiri ilə bağlı olmuşdur:
    • yüksək temperaturun və zəhərli yanğın məhsullarının təsiri nəticəsində ekipajın idarəetməni itirməsi;
    • ekipaj tərəfindən məcburi eniş etmək üçün həyata keçirilən qəza enişi zamanı yanğın zonasında uzununa idarəetmənin kinematik zəncirinin pozulması.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 "Катастрофа Як-40 а/к АзАл в Гяндже". Airdisaster.ru (rus). Авиационные происшествия, инциденты и авиакатастрофы в СССР и России. 2025-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-12.
  2. ↑ Familqızı J. Qələbələrimiz kimi, faciələrimiz də keçmişi unutmağa qoymur // Hürriyyət (газета). — 2025. — 13 yanvar. 2025-02-12 tarixində arxivləşdirilib.
  3. ↑ 1 2 Әкс-сәда, 1998. səh. 3

Ədəbiyyat

redaktə
  • Аллаһ рәһмәт еләсин // Әкс-сәда (qəzet). — 1998. yanvar. — S. 3.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gəncədə_Yak-40_qəzası&oldid=8165905"
LOVE.AZ