Giorgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969[1], Tbilisi) — Gürcüstanın 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvanişvili hökumətində təmsil olunub.
Giorgi Marqvelaşvili | |
---|---|
gürc. გიორგი მარგველაშვილი | |
![]() | |
17 noyabr 2013 – 16 dekabr 2018 | |
Əvvəlki | Mixeil Saakaşvili |
Sonrakı | Salome Zurabişvili |
25 oktyabr 2012 – 18 iyul 2013 | |
Əvvəlki | Xatiya Dekanoidze |
Sonrakı | Tamar Sanikidze[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 sentyabr 1969(1969-09-04)[1] (55 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, filosof |
Həyat yoldaşı | |
Dini | şərqi ortodoks xristianlıq |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
![]() |
|
president.gov.ge | |
![]() |
Giorgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tbilisi şəhərində anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib[2]. Fəlsəfə elmləri doktorudur. 1993–1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Marqvelaşvili 1995–2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib.[3]
1992–1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada bələdçi çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub.[4] 1994–1995-ci ildə Biznes gündəliklər kompaniyasında marketinq üzrə departament müdiri çalışıb. 1996–1997-ci illərdə Giorgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib. 2000–2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib ki, o cümlədən 2000–2006-cı illər və 2010–2012-ci illər arasında institutun rektoru olub.[4]
2013-cü il fevralın 7-də Giorgi Marqvelaşvili Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin olunub. 2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn Gürcü Arzusu koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökumətdə təhsil naziri vəzifəsinə təyin olunur.[4] Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil. 2013-cü il mayın 11-də hakim Gürcü Arzusu Partiyası qarşıdan gələn prezident seçkilərində Marqvelaşvilini öz namizədi görüdüyünü açıqladı.[4] 16 iyul 2013-cü ildə o, könüllü olaraq təhsil naziri vəzifəsindən istefa verərək seçki kampaniyasına başladı. Bununla belə, baş nazirin müavini vəzifəsini icra etməkdə davam edir. 9 sentyabr 2013-cü ildə Marqvelaşvili rəsmən Gürcüstan prezidentliyinə namizəd kimi qeydə alındı. Giorgi Marqvelaşvili 2013-cü ilin oktyabrın 27-də keçirilən seçkilərdə qalib gəlib.[4]
Rəsmən evli deyil, bir qız övladı var. İngilis və rus dillərini bilir.[4] Hobbisi hörgüdür.[5]
Vikianbarda Giorgi Marqvelaşvili ilə əlaqəli mediafayllar var. |
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |