. Love.az

Georgi Pirvanov - Wikipedia - Love.az

Ana Səhifə - Georgi Pirvanov

Georgi Sedefçov Pırvanov (bolq. Георги Седефчов Първанов; 28 iyun 1957[1][2][…]) — Bolqar siyasətçi, 2002–2012-ci illərdə Bolqarıstan prezidenti.

Georgi Pırvanov
bolq. Георги Седефчов Първанов
Bolqarıstan prezidenti
22 yanvar 2002-ci il – 22 yanvar 2012-ci il
Vitse-prezidentAngel Marin
ƏvvəlkiPyotr Stoyanov
SonrakıRosen Plevneliev
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1957 (67 yaş)
Doğum yeri Siriştnik, Pernik vilayəti, Bolqarıstan Xalq Respublikası
Partiya Bolqarıstan Kommunist Partiyası (1981—1991)
Bolqarıstan Sosialist Partiyası (1991—2014)
Bolqar Dirçəlişi Uğrunda Alternativ (с 2014)
Təhsili Sofiya Universiteti
İxtisası tarixçi
Fəaliyyəti siyasətçi, tarixçi
Həyat yoldaşı Zorka Pırvanova (1958)
Uşaqları oğulları Vladimir və İvaylo
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Elmi dərəcəsi tarix elmləri doktoru

Təltifləri Collar of the Spanish Order of the Civil Merit (İspaniya) — 2003 Maltanın "Xidmətlərə görə" ordeni I Leopold ordeni (Belçika) "Cənubi xaç" ordeni (Braziliya) Collar of the Order of the Cross of Terra Mariana (Estoniya) "Müqəddəs Olaf" ordeni (Norveç) — 2006 Order of the Three Stars, 1st Class (Latviya) "Respublika" ordeni (Moldova) "Stara Planina" ordeni (Bolqarıstan) "Heydər Əliyev" ordeni Sent-Çarlz ordeninin Böyük Xaçı (Monako) Serafimlər ordeni (İsveç) "Fil" ordeni (Danimarka) — 2006 Grand Cross with collar of the Order of Vytautas the Great (Litva) "İtaliya qarşısında xidmətlərə görə" ordeninin lentli böyük cəngavərlik xaçı "Şahzadə Henri" ordeninin böyük boyunbağısı (Portuqaliya) Royal Order of Cambodia "Böyük xidmətlərə görə" ordeni (Özbəkistan) Xidmətlərə görə ordeni (Livan) Order of Independence (Qətər)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Georgi Pırvanov 1981-ci ildə Sofiyada Klement Oxridski Universitetinin Tarix fakültəsini bitirib. 1981-ci ildən Bolqarıstan Kommunist Partiyasının (sonralar Bolqarıstan Sosialist Partiyasının) üzvü olub. Elə həmin il Bolqarıstan Kommunist Partiyası Tarixi İnstitutunda elmi işçi işləməyə başlayıb. 1988-ci ildə tarix sahəsi üzrə doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildən BKP Tarixi İnstitutunda böyük elmi işçi işləyib. Açıqlanmış məlumatlara görə Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin "Qotse" ləqəbli əməkdaşı olub[3]. 1994-cü ildə Bolqarıstan Xalq Məclisinin deputatı seçilib, radio və televiziya yayımı üzrə komissiyanın tərkibində fəaliyyət göstərib. 1994-cü ildə Bolqarıstan Sosialist Partiyasının Ali Şurası sədrinin müavini, 1996-cı ildə issə BSP-nin sədri olub. 1997-ci ildə yenidən deputat seçilib, "Demokratik Sol Qüvvələr" və "Bolqarıstan Uğrunda Koalisiya" fraksiyalarına başçılıq edib. 2001-ci ilin noyabrında prezident seçilib. 2006-cı ildə seçkilərdə millətçi Volen Siderova qalib gələrək yenidən ölkə prezidenti olub.

Mükafatları

redaktə
  • "Heydər Əliyev" ordeni (Azərbaycan, 14 noyabr 2011-ci il)[4]

İstinadlar

redaktə
  1. ↑ Georgi Parvanov // Encyclopædia Britannica (ing.).
  2. ↑ Georgi Parwanow // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ "Личное дело секретного сътрудника Госбезопасности Георгия Пырванова" (PDF). 2011-05-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-05-24.
  4. ↑ Georgi Pırvanovun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2015-09-21 at the Wayback Machine  (az.)

Xarici keçidlər

redaktə
  • Официальный Сайт Президента Республики Болгария Георгия Пырванова  (ing.)

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Georgi_Pırvanov&oldid=8149746"
LOVE.AZ