. Love.az

Goravan Sehrasi - Wikipedia - Love.az

Ana Səhifə - Goravan Sehrasi

Goravan səhrası (erm. Գոռավանի անապատ) — Ermənistanın Ararat mərzi ərazisində Vedi və Goravan şəhərlərindən cənubda yerləşir. Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir.

Goravan səhrası
erm. Գոռավանի անապատ
Goravan səhrası
Goravan səhrası
Ümumi məlumatlar
Sahəsi 0,03 km²
Yerləşməsi
39°54′ şm. e. 44°44′ ş. u.HGYO
Ölkə  Ermənistan
Goravan səhrası xəritədə
Goravan səhrası
Goravan səhrası
Goravan səhrası (Asiya)
Goravan
səhrası

Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir[1] Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır.

Mündəricat

  • 1 İqlimi
  • 2 Canlılar aləmi
    • 2.1 Flora
    • 2.2 Fauna
  • 3 İstinadlar
  • 4 Mənbə

İqlimi

redaktə

Maksimal minimum −25°S, maksimum temperatur isə 42°S. olur. İlin 200–220 günü səhraya yağıntı düşmür. Qış dövrü noyabrdan martın əvvəllərinə qədər davam edir. İl ərzində 100–280 mm yağıntı müşahidə edilir. Yanvar ayınıda orta temperatur −4°S olur. Yazda temoeratur 26°S olmaqla bərabər, 10–15 mm arası yağıntı düşür. Yay ayları isə hava daha isti və quraq keçir. Orta illik temperatur 12°S təşkil edir. Səhra ilk baxışdan yarımsəhraya bənzəyir.

Canlılar aləmi

redaktə

Flora

redaktə

Səhra ərazisi əsasən yarımsəhra və səhra bitkiləri yayılmışdır. Ərazi boyunca 39 fəsiləyə, 125 cinsə və 160 növə yaxın bitki yayılmışdır. Onlarda 12 növü qırmızı kitaba daxil olmuşdur. Bitki örtüyü baxımından elə də kasıb adlandırmaq olmaz. Əsasən səhra şəraitinə uyğunlaşmış susuzluğa davamlı bitkilər üstünlük təşkil edir.

Fauna

redaktə

Səhra ərazisində 27 fəsiləyə, 33 cinsə daxil olan 36 növ yayılmışdır. Səhrada fauna nümayəndələrindən İlanlar, Əqrəblər, Kərtənkələlər, Qartallar, Tısbağalar və digər canlıların nümayəndələrinə rast gəlmək olar.

İstinadlar

redaktə
  1. ↑ "Magazine #4 — «Caucasus Environment»". 2015-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.

Mənbə

redaktə
  • Annotated listing of protected areas of Armenia Arxivləşdirilib 2011-05-31 at the Wayback Machine
  • Biodiversity of Caucasus region Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine
  • Conservation Program for Persian Toad Headed Lizard
  • Tadevosyan's Herpetological Resources
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Goravan_səhrası&oldid=8010565"
LOVE.AZ