. Love.az

Gurdag - Wikipedia - Love.az

Ana Səhifə - Gurdag

Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur  silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə.  Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.[1]

Gurdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2741,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

Həmçinin bax:

redaktə
  • Abdal (dağ)
  • Acıçeşmə dağı
  • Ağaverdi dağı
  • Xarxat dağı
  • Cindağ
  • Dərələyəz silsiləsi

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gurdağ&oldid=7091920"
LOVE.AZ