Hüda Qaya (türk. Hüda Kaya; 9 oktyabr 1960, İstanbul) — türk yazıçı, aktivist və siyasətçisi, qadın hüquqları müdafiəçisi. Türkiyə Böyük Millət Məclisi-nin İstanbuldan seçilən Xalqların Demokratik Partiyasından 25, 26 və 27-ci çağırış millət vəkili.
Hüda Qaya | |
---|---|
türk. Hüda Kaya | |
![]() | |
Türkiyə Böyük Millət Məclisinin XXV-XXVII çağırışları millət vəkili | |
23 iyun 2015 – 14 may 2023 | |
Seçim bölgəsi | 2015, iyun – İstanbul 2015, noyabr – İstanbul 2018 – İstanbul |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 oktyabr 1960(1960-10-09) (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 4 |
Dini | islam (sünni) |
![]() |
Hüda Qaya 1960-cı ildə İstanbulda anadan olub. O, ilk təhsilini də burada alıb. Gənc yaşlarından ictimai fəaliyyətlə məşğul olan Hüda Qaya Beynəlxalq Müsəlman Qadınlar Birliyi kimi bir çox qadın təşkilatlarının işində fəal iştirak edir.[1] 2023-cü il noyabrın 1-də Kobani hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.[2]
Valideynləri boşandıqdan sonra 45 yaşına qədər bioloji anası ilə görüşməyən Qaya türk millətçi atası və ögey anası tərəfindən böyüdülüb. İslamı qəbul etdikdən sonra İraq vətəndaşı ilə ailə həyatı qurub. Bu evlilikdən üç qız və bir oğul övladı dünyaya gəlib.[3] İstanbuldan Malatyaya köçdükdən sonra burada mağazada, yerli radio və qəzetlərdə jurnalist kimi çalışıb.
Qayanın siyasi fəaliyyətinin əsasını qadının azad iradəsinə zidd hesab etdiyi hicab qadağasına qarşı mübarizə təşkil edirdi. 1998-ci ildə Qaya hicab qadağasına qarşı etiraz aksiyasında iştirak etdiyi və qələmə aldığı məqaləsinə görə 2 il həbs cəzasına məhkum edilib. 1998-2003-cü illərdə bir neçə dəfə həbs olumuş Hüda Qaya 3 il həbsdə olub.[3] Hüquqi çətinliklərə görə o, Türkiyədən Pakistana getmək qərarına gəlsə də, bir ildən sonra Türkiyəyə geri qayıdıb.[3]
Kürd qəzeti "Özgür Gündəm" qəzetində işlədikdən sonra o, sol təmayüllü Xalqların Demokratik Partiyasına (HDP) qoşulub və 2015-ci ilin iyununda keçirilən ümumi seçkilərdə İstanbul seçki dairəsindən Türkiyə parlamentinə deputat seçilib.[4] O, 2015-ci ilin noyabrında keçirilən növbədənkənar seçkilərdə[5] və 2018-ci il ümumi seçkilərdə də deputat seçilib.[6] Türkiyə Kassasiya Məhkəməsində dövlət ittihamçısı Bəkir Şahin 17 mart 2021-ci il tarixində Konstitusiya Məhkəməsi qarşısında iddia qaldıraraq, Qaya və daha 686 HDP-li siyasətçinin siyasi fəaliyyətinə 5 il müddətinə qadağa qoyulmasını tələb edib.[7]