. Love.az

Humasah Sultan - Wikipedia - Love.az

Ana Səhifə - Humasah Sultan

Hümaşah Sultan (1544, Manisa – 1582, İstanbul) — I Süleymanın və Xürrəm Sultanın oğlu Şahzadə Mehmedin qızıdır. 3 yaşındaykən atası vəfat etmiş, bu səbəblə İstanbula gətirilərək nənəsi Xürrəm Sultanın himayəsində böyümüşdür.[1]

Hümaşah Sultan
هوما شاه سلطانة
Şəxsi məlumatlar
Doğum tarixi 1540
Doğum yeri Manisa, Osmanlı imperiyası
Vəfat tarixi 1593
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • İstanbul
Atası Şahzadə Mehmed
Həyat yoldaşları Kürəkən Mehmed Fərhad Paşa
Lələ Qara Mustafa Paşa
Kürəkən Mehmed Paşa
Uşaqları Fatma xanım Sultan
Sultanzadə Əbdülbaki bəy
Ailəsi Osmanlı xanədanı
Dini İslam

Həyatı

redaktə

Hümaşah Sultanın ilk evliliyi 1556-cı ildə Kürəkən Mehmed Fərhad Paşa ilə baş tutdu. 19 il davam bu evlilikdən cütlüyün 5 oğlan və 3 qız uşaqları dünyaya gəldi. Qızlarından Fatma Xanımsultan (ö. 1588) Şəhri-zor bəylərbəyi Mustafapaşazadə Mehmed bəylə evləndirilmişdir. Fatma Xanımsultanın və ərinin məzarı Şahzadə külliyəsindəki türbələrinə dəfn edilmişdir.[2]

Ancaq 6 fevral 1575-ci ildə Mehmed Fərhad Paşa vəfat etmiş, bir müddət sonra Hümaşah Sultan Lələ Qara Mustafa Paşa ilə evləndirilmişdir. Bu evliliyindən Sultanzadə Əbdülbaki adlı bir oğlu daha dünyaya gəlmişdir.[3]

Nəhayət, 1581-ci ildə Kürəkən Mehmed Paşa ilə evləndirilmişdir. Bu evliliyindən də bir oğlu dünyaya gəlmişdir. 1593-cü ildə bilinməyən bir səbəblə vəfat etmişdir. Məzarı atasının Şahzadə külliyəsindəki türbəsində yerləşir.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.
  2. ↑ "Arxivlənmiş surət". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.
  3. ↑ "Arxivlənmiş surət". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hümaşah_Sultan&oldid=6906881"
LOVE.AZ