Hüneyn Döyüşü (ərəbcə: غزوة حُنين); Hicrətin səkkizinci ilində, miladi təqvim ilə 630-cu ildə, Məkkənin fəthindən dərhal sonra Hüneyn Vadisində meydana gəldi. Müharibə İslam Peyğəmbərinin əmrindəki İslam ordusu ilə Taif bölgəsindəki Həvazin və Səqif qəbilələri arasında baş verdi. Bütpərəstlərin basqınları və Məkkənin yeni müsəlmanlarının iştirakı sayəsində, Hüneyn yürüşünün başlanğıcında İslam ordusu sarsıldı və hətta İslamın qurucusu Məhəmməd peyğəmbərin həyatı təhlükə altında qaldı. İslam ordusunun dağılmasından sonra Peyğəmbərin yanında sadəcə qohumları olan Bəni-Haşimdən 9 nəfər və Əymən ibn Ümmü Əymən qaldı.[1] Lakin bu 10 nəfərin şücaəti ilə nəticədə müsəlmanlar qalib gəldilər və çoxlu qənimət əldə etdilər. Qalibiyyətin qazanılmasında və düşmən ordusunun pərakəndə düşməsində əsas rolu oynayan Əli ibn Əbu Talib tərəfindən qoşun başçılarından Əbu Cərvəlin öldürülməsi oldu.[2][3]
Hüneyn döyüşü | |||
---|---|---|---|
![]() | |||
Tarix | 630 | ||
Yeri | Hüneyn vadisi, Taif, Ərəbistan | ||
Nəticəsi | Müsəlmanların qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
![]() |
Hüneyn müharibəsinin səbəbinin Həvazin və Səqif qəbiləsinin görkəmli şəxslərinin İslamın banisi Məhəmməd peyğəmbərin Məkkəni fəth etməsindən sonra növbədə olduqlarını düşündükləri və o dövrdə Məkkədə olan müsəlmanlara hücum etmək qərarına gəldikləri barədə xəbər yayılır. Başqa bir düşüncəyə görə, bu müharibə Məhəmməd peyğəmbərin Məkkəni fəth etmək üçün Mədinədən yola düşdüyü zaman Həvazin və Sakif qəbilələrinin bir araya gələrək, İslam ordusunun onlarla mübarizə aparmaq üçün hərəkətə keçdiyini düşünərək Hüneyn bölgəsində qərargah qurdular.
Həvazin qəbiləsi Məkkənin fəth edildiyini eşitdikdə müttəfiq olduqları Nəzr, Cuşəm və Səd ibn Bəkr qəbilələrini, habelə Bəni-Hilal qəbiləsindən bir dəstəni Malik ibn Ouf Nəzrinin başçılığı altında bir yerə topladılar. Kə`b və Kilab qəbilələrindən isə yalnızca Əmr ibn Amir və Ouf ibn Amir iştirak edirdi.[4]
Malik ibn Ouf Nəzrinin göstərişi ilə hər bir qəbilə özü ilə əmlakını, qadın və uşaqlarını da gətirmişdi. İslam Peyğəmbəri kəşfiyyat üçün Həvazin qoşunun içərisinə Abdullah ibn Əbi Hədrədi göndərir. O da Həvazin qoşunun İslam qoşunu ilə döyüşmək fikrinin qəti olduğunu bildirir. İslam Peyğəmbəri döyüşə hazırlaşmaq üçün Səfvan ibn Uməyyədən silah-sursat və 100 zirehi icarəyə götürdü.[5]
Şeyx Müfidin nəqlinə əsasən, İslam ordusunun sayı 10 min nəfərdən ibarət idi.[6] İbn İshaqın nəqlinə əsasən isə 12 min nəfərdən təşkil edilmişdi- 2 min nəfər Məkkə əhlindən, 10 min nəfər isə Mədinədən gələnlər idi.
Məhəmməd peyğəmbər ordusu ilə Hüneyn vadisinə getdi. Hüneyn vadisi ətrafında gizlənən Həvazin və Səqif qəbilələri qəfildən müsəlmanlara hücum etdilər. İbn İshaqın rəvayətinə görə, İslam qoşunu Hüneyn vadisinə yaxınlaşdıqda səhərə yaxın idi və dərələrdən keçərkən qəflətən Həvazinin pusqusuna məruz qaldılar. İslam qoşunu qəfil və şiddətli hücumdan qaçmağa başladı və hərə bir tərəfə üz tutub qaçdı.[7] Əvvəlcə Süleym övladlarının qəbiləsindən olan süvari qoşunları, sonra Məkkəlilər və digərləri geri çəkilməyə başladılar. Məhəmməd əsgərlərinə: "Mənə tərəf gəlin, mən Allahın Rəsulu Məhəmməd ibn Abdullaham!" dedi, lakin əsgərlərin çoxu dağıldı.
Məhəmməd peyğəmbərlə davamlı qalanların sayı barədə fərqli fikirlər var. Bəzi xəbərlərdə yalnız dörd nəfərin adı çəkilir: Əli ibn Əbu Talib, Abbas ibn Əbdülmüttəlib, Əbu Süfyan ibn Haris ibn Əbdülmüttəlib (Bən-i Haşimdən) və İbn Məsud. Başqa bir rəvayətdə İmam Əli, Abbas b. Əbdülmuttalib, Əbu Süfyan b. Haris b. Abdulmuttalib və Əymən ibn Ümmü-Əymən kimi Haşimin doqquz və ya on oğlu var idi.[8][9][10] Ümmü Əymənin Məhəmmədin yanında qaldığı bildirilir. Tövbə surərinin 25 və 26-cı ayələrində müharibədən geri çəkilənlərin də adı çəkilir və Allahın müharibə zamanı müsəlmanlara kömək etdiyi bildirilir.
İbn İshaqın və Şeyx İrbilinin nəqlinə əsasən, Həvazin qəbiləsinin döyüşçüsü qara bayrağı nizəsinin ucunda daşıyırdı və müşrikləri özü ətrafında toplayaraq müsəlmanlarla döyüşürdü.[11][12] Əli İbn Əbu Talib həmin şəxsi(Əbu Cərvəli) dəvəsindən yerə salıb öldürdü. Əbu Cərvəl öldürüldükdən sonra müşriklər pərakəndə düşdülər.[13] Əbu Cərvəlin öldürülməsi düşmənin məğlubiyyətinin başlanğıcı oldu. Ardınca geridə qalmış müsəlmanlar da gəlib çıxırlar. Müsəlmanlarla müşriklər yenidən vuruşmağa başlayırlar. Əbu Cərvəl və düşməndən 40 nəfəri Əli ibn Əbu Talib öldürür. Düşmənin qaçaraq geri çəkilməsi ilə onların məğlubiyyəti tam rəsmiləşir.[14]
Bəzi əsgərlərin geri çəkilməsindən sonra Abbas ibn Əbdülmüttəlibə "Ey Ənsar! Ey Səmura səhabələri! (Səmurə ağacının altında beyət edən səhabələr)! Ey Bəqərə surəsinin əhli! " qışqırmasını əmr etdi. Abbas ibn Əbdülmüttəlibin fəryadı eşidilən kimi geri çəkilmə Məhəmmədə dönməyə başladı; yüz nəfər dərhal Məhəmmədlə birlikdə geri döndü. Daha sonra Məhəmməd onlarla müşriklərə qarşı vuruşdu. Digərləri "ləbbeyk" qışqırıqları ilə sürətlə geri döndülər.
Bütpərəstlər geri çəkilməyə başladıqda, Malikin Səqif qəbiləsinin oğullarından 70 nəfər öldürüldü. Bəzi rəvayətlərdə Həvazin müharibəsində və Bədr döyüşündə öldürülən müşriklərin sayı eynidir; yəni yetmiş nəfər olduğu ifadə edildi. Ancaq Məs'udi, bu sayın təxminən 150 nəfər olduğunu qeyd edir.[15] Müsəlmanlar Hüneyn yürüşündə qadınlar və uşaqlar da daxil olmaqla altı min müşrik tutdular. Bundan əlavə, 24 min dəvə, 4 mindən çox qoyun və dörd min vüqiyyə (qədim ölçü vahidi) gümüş qənimət götürdülər.
Hüneyndə şəhid olan müsəlmanlar bunlardır:[16]